yüklənir...
yüklənir...

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatır -

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.
Vetenperverler.Az xəbər verir ki, 2012-ci ildən indiyədək orta ixtisas məktəblərini, yəni kollecləri bitirənlərə subbakalavr dərəcəsi verilir. Bu ildən ilk dəfə olaraq subbakalavrlara ali məktəblərə imtahansız qəbul şansı verilir.
Bunun üçün onlar Dövlət İmtahan Mərkəzinin saytında "Şəxsi kabinet" yaratdıqdan sonra "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər. Ərizə qəbulu sabah yekunlaşacaq.
Dövlət İmtahan Mərkəzinin Mətbuat katibi Xanlar Xanlarzadənin sözlərinə görə, subbakalavrlar abituriyentlərlə eyni məqamda ixtisas seçimində iştirak edirlər. İxtisas seçimi iyulun 24-dən avqustun 6-a qədər keçiriləcək.
Xanlar Xanlarzadə qeyd edib ki, subbakalavrların ixtisas seçimində iştirak etmələri onların hamısının tələbə olacağı anlamına gəlmir. Çünki statistikaya əsasən hər il ali məktəblərə qəbul imtahanları zamanı 5-10 faiz civarında boş qalan plan yerləri olur.
Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birlikdə ixtisasların uyğunlu cədvəlini müəyyən ediblər və cədvəl abituriyent jurnalında dərc edilib. Subbakalavrlar ixtisas seçərkən cədvəli nəzərə almalıdırlar.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-07-2019, 00:04
Oxunub:76


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti