Bərdə rayon A.Süleymanov adına Şorəlli kənd orta məktəbində bədii qiraət müsabiqəsi keçirildi.
Vetenperverler.Az xəbər verir ki, aprelin 18-də Şorəlli kənd tam orta məktəbdə kitabxanaçının təşkilatçılığı ilə Oxu gününə həsr olunmuş müsabiqə keçirildi. Musabiqə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuşdur. bədii qiraət müsabiqəsində məktəbin şagirdləri fəal iştirak etdilər. Məktəbin fəal şagirdləri Nizaminin həyat və yaradıçılığından danışdılar və şairin şerlərini və qəzəllərini söylədilər.