yüklənir...
yüklənir...

İmtahan olacaq

Dövlət İmtahan Mərkəzi martın 31-də bir neçə imtahan keçirəcək.

Mərkəzdən verilən məlumata görə, həmin gün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanda 7353 (Bakıda 2059, Naxçıvanda 403, Gəncədə 1098, Şəkidə 354, Bərdədə 875, Göyçayda 474, Şirvanda 780, Lənkəranda 833, Xaçmazda 477) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 52 imtahan rəhbəri, 621 nəzarətçi-müəllim ayrılıb.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-03-2019, 16:24
Oxunub:163


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti