yüklənir...
yüklənir...

Birinci sinfə elektron qəbulun başlanma tarixi açıqlanıb

Bu il məktəblərin birinci sinfinə elektron qəbulun başlanma tarixi açıqlanıb.
Bundan başqa, Bakı ilə yanaşı bir sıra bölgələrdə şagirdlərin məktəblərə qəbulunu elektron qaydada həyata keçirmək mümkün olacaq.

Vetenperverler.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib ki, müraciətlər çox olarsa, üstünlük məktəbin ərazisinə yaxın yerlərdə yaşayanlara veriləcək.

Digər valideynlərin övladları gözləmə mövqeyində olacaq.

İdarənin müdir müavini rus bölməsində təhsil alacaq uşaqlarla bağlı bir müəllimə normadan çox şagirdin düşməsinə də aydınlıq gətirib.

Qurum rəsmisi onu da deyib ki, məktəblərdə qeydiyyatdan keçən valideynlərə sonradan rədd cavabı verilə bilməz. Belə hal yaşanarsa valideynlər müraciət formunun yanındakı əks-əlaqə bölməsinə müraciət edərək problemlərini həll edə bilərlər. Bundan əlavə, evində kompüter olmayan valideynlər onlar üçün ayrılan 50 məktəbdən qeydiyyatdan keçə bilərlər.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:8-03-2019, 03:22
Oxunub:32


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti