yüklənir...
yüklənir...

Yol hərəkəti qaydaları

Corat qəsəbəsində yerləşən Sumqayıt şəhər 7 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydaları” adlı tədbir keçirildi.
Tədbirdə 3 A sinif şagirdləri bir-birindən maraqlı yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər, şeirlər, mahnılar təqdim etdilər. Yol nişanlarından, yol hərəkəti qayda və qanunlarından maraqla danışdılar. 30 fidan balanın iştirakı ilə yüksək və həmişədə aktual olan bir mövzuda tədbir hazırlanmışdır. 3 A sinifinin rəhbəri Təranə xanım Nəbiyeva həmdə bu gözəl tədbirin təşkilatçısı idi. Tədbirin aparıcıları Murad Kərimli, Fatimə Hacıyeva idilər. S
umqayıt DYP-nin təbliğat, təşviqat üzrə inespektoru mayor İsmayıl İsmayılov, Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəmil Quliyev, Vətənpərvərlər.Az saytının baş direktoru Yeganə xanım Telmanqızı tədbirin fəxrli qonaqları idilər. Tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirən məktəbin direktoru Təranə xanım Haqverdiyeva tədbirin qonaqlarına söz verdi.
Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəmil Quliyev öz qısa nitqində söylədi ki, olduqca əhəmiyyətli olan mövzulardan biridə yol hərəkəti qaydalarıdı. Şagirdlərdə kiçik yaşlarından belə mövzuların öyrədilməsinin vacib olduğunu bildirdi.
Polis mayoru İsmayıl İsmayılov öz çıxışında bildirdi ki, belə aktual mövzuların məktəblərdə tez-tez keçirilməsi və ailələrdədə təbliğ olunması gərəkdir. O həmdə vurğuladı ki, uşaqlar məktəb yaşlarından qayda-qanunlara əməl etməlidi.
Vətənpərvərlər.Az saytının baş direktoru Yeganə xanım Telmanqızı da öz çıxışında bildirdi ki, bu mövzularda olan tədbirlər bütün məktəblərdə mütamadə olaraq keçirilməlidir belə tədbirlər böyüməkdə olan nəslin təlim-tərbiyəsində çox mühüm rol oynayır və onlarda yol hərəkəti qaydalarına əməl etməyi formalaşdırır. Bizdə Vətənpərvərlər.Az xəbər portalı olaraq başda məktəbin direktoru Təranə xanım Haqverdiyeva olmaqla bütün tədbirin təşkilatçılarını, 3 A sinifinin şagirdlərini bu günki keçirilən yüksək tədbir münasibəti ilə ürəkdən təbrik edirik.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Yol hərəkəti qaydaları
Yol hərəkəti qaydaları
Yol hərəkəti qaydaları
Yol hərəkəti qaydaları
Yol hərəkəti qaydaları
Yol hərəkəti qaydaları
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-03-2019, 21:24
Oxunub:65


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti