yüklənir...
yüklənir...

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub.

Sumqayıt Təhsil şöbəsinə yeni müdir təyin olundu: quruma Arzu xanım Alızadə rəhbərlik edəcək.
Vetenperverler.Az sayıtı xəbər verir ki, Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru Arzu Şirxan qızı Alızadə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri təyin olunub.
Arzu xanım Alızadə 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. İyirimi ildən yuxarı pedaqoji təcrübəsi olan A. Alızadə 20 və 22 nömrəli orta məktəblərdə müəllim və Sumqayıt şəhər Təhsil Şöbəsində çalışıb. Bir sıra layihələrin iştirakçısı və qalibi olub.
Qeyd edək ki, yeni müdir bu gün Sumqayıt Təhsil şöbəsinin kollektivinə təqdim olunacaq.
Xatırladaq ki, 2016-cı ilin noyabrından 2018-ci ilin aprel ayına qədər Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edib. O, işdən azad olunduqdan sonra bu posta təyinat olmayıb.
Son təyinata qədər isə Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq qurumun məsləhətçisi Ramin Abbasov icra edib.
Bizdə Vetenperverler.Az xəbər portalı olaraq Arzu xanımı ürəkdən təbrik edirik. Ona yeni vəzifəsində bol-bol uğurlar arzulayırıq.
Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir  təyin olunub.
Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir  təyin olunub.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:31-01-2019, 13:12
Oxunub:72


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti