yüklənir...
yüklənir...

Sumqayıt şəhər “Təfəkkür liseyi” Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb.

Bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-sı Azərbaycan məktəbidir.
Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” lahiyəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. O həmçinin qeyd edib ki, təhsil prosesində müasir informasiya texnalogiyalarının sürəti tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında “eTwinning Plus” lahiyəsinin xüsusi rol oynadığını qeyd edib. Layihəyə qatılan müəllim və şagirdlər həmçinin XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak ediblər.
Azərbaycan 2013-ci ildə bu lahiyəyə qoşulub. “eTwinning Plus” lahiyəsi çərcivəsində indiyədək 438 məktəbdən 1166 müəllimin iştirakı ilə 1065 lahiyə həyata keçirilib. Bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-sı Azərbaycan məktəbidir. Azərbaycan qalib gələn məktəblərin sayına görə layihəyə qoşulmuş 41 ölkə arasında 5-ci yeri tutub.
Beynəlxalq “eTwinning Məktəbi”mükafatına layiq görülən məktəblərin sırasında Sumqayıt şəhər “Təfəkkür liseyi” də var. Lahiyənin seçilmiş səfiri məktəbin müəlliməsi Aliyə Ağayevadır. Məktəbin direktoru Qönçə xanım Səftərovanın sözlərinə görə Liseyin şagirdləri mütamadi olaraq Avropa ölkələri ilə onlayın əməkdaşlıq edirlər. Məktəb 21 Milli kefiyyət nişanına, 16 Avropa kefiyyət nişanına layiq görülmüşdür.
Bizdə “Vetenperverler.Az” xəbər portalı olaraq liseyin direktoru Qönçə xanım başda olmaqla bütün müəllim kollektivini və şagirdlərini eTwinning Plus” mükafatına layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edirik.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-01-2019, 20:40
Oxunub:97


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti