yüklənir...
yüklənir...

TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.

Əziz oxucu bu gün Sumqayıt şəhər 25 saylı tam orta məktəbin qonağı oldum.
Məktəbin tarixinə nəzər salaq: 1975-cı ildən fəaliyyət göstərir. Məktəb 2 dəfə “İlin ən yaxşı məktəbi” adını qazanıb. Son 2 ildə 2 dəfə “Təhsildə inkişaf və innvasiyalar üzrə qrand müsabiqəsinin qalibi” olub.
Cəmalə Cəfərova (ədəbiyyat), Hüsniyyə İbrahimova (ingilis) ilin müəllimləri seçiliblər. Məktəbin direktoru Arzu xanım Şirxan qızı Alızadə 2017-ci ilin mart ayından məktəbə rəhbərlik edir.
3 mərtəbədən 29 sinifdən ibarət olan bu məktəbdə hal-hazırda 791 şagirdin təlim-tərbiyyəsi ilə 59 müəllim məşğul olur, 3 hazırlıq sinifində 80 şagird təhsil alır, 30 sinifdən 12 sinif ibtadai sinifdi. Məktəb 2 növbəli rejimlə çalışır, tibb otağı, idman və akt zallarından ibarərdir. Məktəbin qarşısında şəhid məzunların xatirəsinə həsr olunan şəhidlər guşəsi tikilib.
Məktəbdə özündə maraqlı mövzuları əks etdirən “Odlar yurdum Azərbaycan”, “Vətən sizi unutmur” (Azərbaycan Milli Qəhrəmanlarından bəhs edən), “Azərbaycan Respublikasının rəmzləri”, “Ayın ən yaxşı sinifləri”, “Həftənin ən yaxşı şagirdləri”, “Məktəbimizin idman nailliyyətləri” və digər stendlər var. Hər sinifdə Milli Qəhrəmanlarımıza və Azərbaycanın işgal olunan torpaqlarından bəhs edən “Unutma” adlı stendlərdə yer alıb. Şagirdlərin dərsə davamiyyəti 95 faizdi. Kecən ilki nəticələrdə ürək açandır. Beləki, məktəbi bitirən 46 məzundan 37 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdular. 4 məzun 600-dən yuxarı bal toplamışdılar: Məlahət Əliyeva (646), Fəridə Baxışova (630), Sənan Səfərov (615), Salah Həsənquliyev (625), 15 məzun 500-dən çox bal toplamışdılar.
Məktəbin “Şahinlər” və “Cəsurlar” adlı hərbi komandası şəhərin hərbi tədbirlərində istirak edirlər. Bu komandaya rəhbərlik edən Qarabağ müharibəsi iştirakçısı məktəbin hərbi müəllimi mayor Sahib Səfər oğlu İsgəndərovdu. O, 1963-ci ildə Qərbi azərbaycanın Sisyan rayonunun Ağudi kəndində doğulub. 1981-ci ildə Sovet ordusunda xidmət edib. 1984-1988-ci illərdə Saratov vilayətinin Volski şəhərində ali hərbi məktəbdə təhsil almışdır. Almanyada hərbi qulluğa başlayıb 1993-ci ildə Azərbaycan ordu sıralarında davam etdirmişdir. Murovdağ silsiləsindən Tovuzun Öysüzlü kəndinə qədər döyüş yolu keçmişdir. 2004-ci ildən 25 saylı tam orta məktəbdə pedoqoji fəaliyyətə başlamışdır. Məktəbin şəhidlik zivəsinə ucalan məzunları: İlqar Ağalarov, Rüstəm İsmayılov, Ceyhun İbrahimov, Məhəmməd Umidov, İlham Ağayev, Rauf Quliyev, Vaqif Əhmədov, Rövşən İsayev, İlham Babayev.
Məktəbdə qonaq olduğum zaman məzun şəhid İlqar Rafiq oğlu Ağalarovun anası Mina xanım Ağalarova, bacısı Sevinc xanım Ağalarova da məktəbin qonaqları idi. Mina xanım oğlu ilə bağlı xatirələrində dedi:
-Biz bu məktəbə tez-tez gəlirik. Oğlumla bağlı xatirələr var bu məktəbdə. İlqar məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır və döyüş yolu keçir. 20 yaşında 1992-ci il martın 10-da İlişqaya dağında mühasirəyə düşür və o gündən bəri itkindir. Çox çılğın, vətənini sevən bir oğlan idi. Vətənə aid çoxlu seirlər yazırdı.
Sevinc xanım kövrəldi və dedi:
-O mənim arxa, dayağım idi. Mənim övladlarım ilə nəfəs alırdı. İndidə biz İlqarın yolunu gözləyirik.
Məktəbin şagirdləri mütamadə olaraq şəhərin rəsm, qiraət, musiqi, idman, tədbirlərində, fənn olimpiadalarında fəal iştirak edirlər. İsmayılova Nuray Riyaziyyat və İnformatika fənləri üzrə Beynəlxalq müsabiqədə iştirak edib I yerin qalibi olmuşdur. 9-cu sinif şagirdlərindən Kamran Namazov, Rəşidə Qafarova, 10-cu sinif şagirdlərindən Qafarzadə Jalə, Səlimova Jalə, 11- ci sinif şagirdi Cəfərzadə Fuad dəfələrlə şəhər olimpiadalarının qalibi olmuşdular. 8-ci sinif şagirdi Məryəm Cəfərova Türkiyədə keçirilən “Kaspi ART uluslar” Beynəlxalq piano onlayn müsabiqəsində I yeri tutub. Məktəbin idman nailiyyətləridə kifayət qədərdi: Mələk İsmayıl (Şahmat üzrə Avropa cempionu), Murad Eyvazov (Jido Gənclər arası Respublika üzrə 3-cü yer), Turan Əsədzadə (Karate üzrə Dünya çempionu), Nazim Məmmədov (Güləş Yunan-Roma Respublika üzrə 3-cü yer). Məktəbdə əlamətdar günlərdə müxtəlif tədbirlər kecirilir. Bu ilki tədris ilində “Bilik günü”, “Müəllimlər günü”, “Müstəqillik günü”, “Bayraq günü”, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş, “Azərbaycanlıların həmrəyliy günü”, adlı tədbirlər keçirilmişdir. 2019-cı ildə də “20 Yanvar” faciəsinin 29-cı ildönümünü, “Xocalı faciəsi”, “Novruz şənliyi”, “Ümummilli Lider H.Əliyevin doğum günü” və s. adlı tədbirlər keçiriləcək. Bizdə VETENPERVERLER.AZ xəbər portalı olaraq kollektivimiz adından Sumqayıt şəhər 25 saylı tam orta məktəbinin müdiriyyəti Arzu xanım başda olmaqla müəllim, şagird kollektivinə möhkəm can sağlığı, təhsildə uqurlar arzulayırıq. Nailiyyətləri bol olsun. Məktəbiniz həmişə Respublikada tanınan məktəblər sırasında olsun. Dünənki, bu günki və sabahkı məzunlarınızla fəxr edəsiniz.

Sumqayıt bölgəsi üzrə müxbir
Yeganə Telmanqızı

TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR.


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-01-2019, 10:23
Oxunub:86


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti