yüklənir...
yüklənir...

“Facebook messenger” yeni funksiyanın testinə başlayıb – FOTO

"Facebook messenger”də yeni funksiyanın tətbiqi gözlənilir.

Vetenperverler.Az-ın məlumatına görə, "Technote” "TechCrunch”a istinadən xəbər verir ki, bundan sonra istifadəçilər hər bir ismarıca emosiyalarla yanaşı, "like” və "dislike” ilə reaksiya bildirə biləcəklər.

Bu xəbəri "Facebook”un nümayəndəsi təsdiqləyib. Buna oxşar sistem "Slack” korporativ messencerində istifadə olunur. 

Məlumata əsasən, istifadəçilər hər bir ismarıca 7 variantın emosiyanın köməkliyi ilə reaksiya verə biləcəklər. "Slack”da olduğu kimi, reaksiya bildirilən emosiyanı çatda hər bir istifadəçi görə biləcək. 

Beləliklə, bu və ya digər ismarıcı qiymətləndirmiş istifadəçiləri müəyyən etmək mümkün olacaq. 
İsmarıclarda olacaq reaksiyalar "Facebook”un xəbər lentindəki emosiyalardan sadəcə "dislike” düyməsinin olması ilə fərqlənəcək. 

Şirkət təmsilçinin sözlərinə əsasən, ismarıc bölməsində "dislike” düyməsi "xeyr” cavabının analoqu kimi düşünülür. Yeni funksiya hələki bir sıra istifadəçilər üçün aiddir. Bu funksiya barədə müsbət fikirlər olacağı təqdirdə daha çox istifadəçiyə təqdim olunacaq.

"Biz həmişə "Facebook Messenger”i daha əyləncəli və rəngarəng etmək üçün testlər aparırıq. İndi isə biz kiçik bir test keçirdirik. Bu test çərçivəsində insanlar ismarıc bölməsində öz emosiyalarını paylaşa biləcəklər”, - deyə şirkət bildirib.

“Facebook messenger” yeni funksiyanın testinə başlayıb – FOTO
“Facebook messenger” yeni funksiyanın testinə başlayıb – FOTO

скачать dle 10.6фильмы бесплатно

Tarix:6-03-2017, 21:09
Oxunub:285


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti