yüklənir...
yüklənir...

Bakıda bu marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI

20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Vetenperverler.Az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-04-2019, 09:25
Oxunub:57


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti