yüklənir...
yüklənir...

ABŞ-da 28 may "Azərbaycan Milli Günü" elan edildi

ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2019-cu il tarixini "Azərbaycan Milli Günü" elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb.
Vetenperverler.Az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:2-05-2019, 15:01
Oxunub:168


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti