yüklənir...
yüklənir...

Bütün məhkəmələr "Elektron məhkəmə" sisteminə qoşulacaq

''Bu gün məhkəmələrin təxminən 60 faizindən çoxu elektron sistemə qoşulub''.
Vetenperverler.Az -ın məlumatına görə, bunu "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri" mövzusunda keçirilən konfransda Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
Onun sözlərinə görə, hazırda sistem Naxçıvan da daxil olmaqla, ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq edilir. Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir.
Azər Cəfərov bildirib ki, proses iştirakçıları "elektron şəxsi kabinet" vasitəsilə elektron imza ilə təsdiqlənmiş iddia ərizəsi və digər sənədləri vermək, məhkəmə proseslərini izləmək imkanına malikdirlər. İştirakçı həmçinin təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS və elektron məktubla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formada əldə edə bilirlər.
Ədliyyə Nazirliyinin ''Elektron məhəkəmə" informasiya sistemi üzrə işçi qrupunun rəhbəri Ramin Qurbanov isə bildirib ki, elektron məhkəmə sistemindən istifadə edənlərin sayı durmadan artır.
Ramin Qurbanov onu da bildirib ki, növbəti ilin ortalarına qədər ölkədə bütün məhkəmələr elektron məhkəmə sisteminə qoşulacaq.


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-05-2019, 00:41
Oxunub:125


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti