yüklənir...
yüklənir...

Məhkəmə çəkişmələrinə yenilik təklif olunur: Tərəfləri razılığa gətirmək üçün...

Mediatorlar hüquqi şəxs statusunda mübahisəli məsələlərin həll edilməsində əsas rol oynayacaqlar

Azərbaycanda çoxsaylı mübahisələri məhkəməyə getmədən həll etmək mümkün olacaq. Bu, yeni yaradılması planlaşdırılan mediasiya şurası haqqında qanun layihəsinin qəbul edilməsi ilə reallaşa bilər.


Məhkəmələrin iş yükünü azaltmaq, eləcə də mübahisələrin qarşılıqlı olaraq daha sürətli şəkildə həll edilməsinə nail olmaq üçün Azərbaycanda yeni institut olan Mediasiya Şurası yaradılacaq. Bu məsələ yeni hazırlanan "Mediasiya haqqında" qanunda öz əksini tapıb. Vəkil Xəyal Bəşirov deyir ki, bu, hazırda məhkəmələrdə qalaqlanan çoxsaylı məhkəmə işlərini əhəmiyyətli dərəcədə azaldacaq.

Mediasiya Şurasının məşğul olacağı işlərin siyahısı isə kifayət qədər böyükdür. Qanun layihəsinin tətbiqi dairəsinə mülki işlər və iqtisadi mübahisələr, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn, eləcə də cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr daxildir.

Mediasiya Şurası hüquqi şəxs statusunda olacaq. Şura mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərarları da qəbul etmək səlahiyyətində olacaq. Bundan başqa, bəzi işlərin mediasiya şurasında baxılması isə məcburi ola bilər.

Mediasiya prosesinin ümumi müddəti 30 gün müəyyən edilib. Yəni proses 30 gün ərzində başlayıb sona çatmalıdır. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə prosesin müddəti daha 30 gün müddətinə uzadıla bilər. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanmalıdır.

Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçə bilərlər. Mediator tərəflərdən birini üstün mövqedə qoyan və ya hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərə yol verə bilməz.

Kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Qeyd edək ki, qanun layihəsi dövlət başçısı tərəfindən Milli Məclisə təqdim edilib. Layihə Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaqскачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-03-2019, 01:45
Oxunub:97


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti