yüklənir...
yüklənir...

Tibbin və İncəsənətin Vəhdəti

29.03.2019-cı il tarixində Azərkitab kitab təbliğatı mərkəzində ixtisasca həkim olan Səadət Cəfərovanın 50-dən çox tətbiqi sənət əsərləri və qızı – rəssam, fotoqraf Vüsalə Yunusovanın 30-dan çox rəsm əsəri və 20-dən çox fotoları nümayiş olundu. Vetenperverler.Az sayıtı xəbər verir ki, tədbirdə ilk çıxış edən Rəssamlar İttifaqının fəxrli üzvu Elnurə xanım İsgəndərova qonaqları salamladı, Səadət xanımı və Vüsalə xanımı fərdi sərgi münasibəti ilə təbrik etdi. Azərikitab kitab evinin lahiyə rəhbəri Sabir Həsənov, Azərikitab kitab evinin direktoru Misirxan Həsənov, Azərbaycan Rəssamlar İttifaqının qrafika bölməsinin sədri, professor, Xalq rəssamı Arif Hüseynov “Tibbin və İncəsənətin Vəhdəti” adlı sərgiyə görə Səadət və Vüsalə xanımları təbrik edib onlara yaradıcılıq uğurları arzuladılar. Sonra Səadət xanım Cəfərovaya və Vüsalə xanım Yunusovaya Fəxri Diplom təqdim edildi.
Xalq artisti Fidan Hacıyevanın tələbəsi Aynur xanım Yusifova gözəl mahnılar ifa etdi Vüsalə xanım Yunusova foptepianoda onu müşayət etdi.
Səadət xanım və Vüsalə xanım uşaqlıq illərindən yay tətillərini, demək olar ki, həmişə Abşeronun Pirşağı bağlarında keçirirdi. Hər səhər gün çıxmamış dənizin sahilinə yollanar, günəşin üfüqdən boylanmasını seyr edərək səhəri qarşılayırdılar.
Səadət xanımın tələbəlik illərindən hobbisi Xəzərin möcüzələrini toplamaq olub. O, qumlu sahildə gəzərək təbiətin ecazkarlığını seyr edir. Xəzərin insanlara bəxş etdiklərininşahidi olaraq, nəzər diqqətini cəlb edən nə olursa-olsun, onların hamısını təxəyyülündə improvizasiyaya məruz qoyur, ona yeni can verərək gələcək əsərlərinin qəhrəmanına çevirirdi. Bu bənzətmələr sonradan sonradan sənət əsərlərinə çevrilmiş və hal-hazırda baş tutan “Tibbin və İncəsənətin Vəhdəti” adlı sərginin ekspozisiyasına daxil edilmişdir.
Vüsalə xanımın hobbisi isə başqa mənzərələrlə yanaşı dənizin hər bir anını fotolarda və rəsm əsərlərində əks etdirməkdir. Dənizin həm sakit, həm də təlatümlü vaxtı onun üçün eyni dərəcədə maraqlıdır. Dəniz Vüsalə xanım üçün bir kosmosdur. O, rəssam üçün kosmik boşluğun maddiyyata çevrilmiş və toxunaraq hiss edə biləcəyi bir kainatdır. Fotodan başqa dənizin sahilində rəsm işləmək də rəssam üçün eyni səviyyədə xoş həyəcanlı və sevimli məşğuliyyətdir.
Tədbirə bir sıra fəxrli qonaqlarda dəvət olunmuşdular: Milli Qəhrəman Asif Fred Məhərrəmov adına inkişaf fondunun rəhbəri Ədalət Fred Məhərrəmov, “Həkəri”qəzetinin baş redaktoru, şair, publisist Rauf İlyasoğlu,
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabir oğlu, Xaiq artisti Faiq Sücəddinov, Vətənpərvərlər.Az saytının baş direktoru Yeganə xanım Telmanqızı, “Dünya xəbər” sayıtının və YouTube kanalının rəhbəri Fesih Əlioğlu və digərləri.
Sərginin kuratorları: Azərbaycan Rəssamlar İttifaqının fəxrli üzvüləri Elnurə və Aygün İsgəndərovalar
Bizdə Vetenperverler.Az sayıtı olaraq bu günki “Tibbin və İncəsənətin Vəhdəti” adlı fərdi sərgi münasibəti ilə Səadət və Vüsalə xanımı təbrik edib onlara bol-bol yaradıcılıq uğurları arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Tibbin və İncəsənətin Vəhdəti
Tibbin və İncəsənətin Vəhdəti
Tibbin və İncəsənətin Vəhdəti
Tibbin və İncəsənətin Vəhdəti
Tibbin və İncəsənətin Vəhdəti
Tibbin və İncəsənətin Vəhdəti
Tibbin və İncəsənətin Vəhdəti




скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-03-2019, 04:05
Oxunub:384


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti