yüklənir...
yüklənir...

Düşmənin 14 tankını məhv edən Milli Qəhrəman.

Onu savaş meydanlarına çəkib aparan qəlbindəki böyük vətən eşqi idi.
Əziz oxucu sayıtımızda mütamədə olaraq sizlərlə “Azərbaycan Milli Qəhrəman” ları haqqında yazılar təqdim edirik. Bu gün əslən Cəbrayıl rayonundan olan polkovnik-leytenant “Azərbaycan Milli Qəhrəmanı” Vahid Quliyevin qonağı oldum.
1955-ci il 20 sentyabr Cəbrayıl rayonu Niyazqulla kəndində Həbibulla müəllimin və Cicək xanımın ailəsində ilk övladları dünyaya gəlir. Ailədə 9 övlad tərbiyə alırdı. Həbibulla müəllim hər birinə Vətənini, xalqını sevməyi öyrədirdi. 1961-ci ildə Vahid Quliyev Niyazqulla kənd orta məktəbinə daxil olur. 4 illik məktəbdə təhsil aldıqdan sonra qonşu Şahvəlli kəndində 8-ci sinifi və Zəngilan rayonu Hacıalılı kəndində təhsilini başa vurur. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini əvvəlcə Özbəkistanın Nəvai şəhərində sonrada Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərində tikinti batalyonunda keçirir. 1976-cı ildə hərbi xidmətini başa vurub Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada fizika, riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır. Sonra Bakıya qayıdır və «Azon» Cihazqayırma Zavodunda əvvəlcə mühəndis, sonra isə sahə rəisi vəzifələrində çalışır.
O, 1992-ci ilin avqust ayında könüllü olaraq Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Elə həmən ilin avqust ayında Abşeron rayonu Qubu kəndində yerələşən hərbi hissədə tank əleyhinə alayın tağım komandiri vəzifəsinə təyin edirlər. 1992-ci ilin sentyabr ayının 7-də Ağdam rayonu Uzundərə hərbi hissəsinə ezam olundu. Baş leytenant Quliyev baterya komandiri təyin olunur. Sentyabr ayından başlayaraq Əsgaranda Qatır Məmmədin dəstəsində vuruşur. Burada özü yeriyən Tank Əleyhinə Raket kompleksində atıcı kimi fəaliyyət göstərir. Əsgəran istiqamətində 18-ci pozisiyada bir tank vurur. 15 Oktyabr yenidən Qubadlı bölgəsində yerləşən hərbi hissələrin birinə ezam olunur. Qubadlı rayonunun Qaralar kəndindən Laçın rayonunun Güləbird kəndinə atəş mövqeyi təyin etdilər. Postu o istiqamətdə gələn tankların qarşısın almaq əleyhinə təyin edirlər. Ağdamın Zəhgişalı kəndinə ezam olunduqdan sonra atıcı kimi fəaliyyətini davam etdirir. 1994-cü il mayın 13-də düşmənini 14 zirehli texnikasını, 8 tankını, 2 piyada döyüş maşınını məhv edir. Ümumilikdə düşmənin 14 tankını məhv etmişdir. 1994-cü ildə Qubadlı rayonunda vuraşarkən Kapitan rütbəsi almışdır. 1995-ci il may ayında birinci korpus Tank Əleyhinə Əlahəddə hərbi hissəsinin qərərgah rəisi, 1996- cı ildə 18 fevral hərbi hissə Gəncə şəhərinə köçürüldü və ordada qərərgah rəisi vəzifəsində fəaliyyət göstəriri. 1996-cı 5 may BDU-nin hərbi kafedrasında müəllim (hərbi taktika silsiləsində müəllim və baş müəllim) kimi çalışır. 2000-ci ilə NATO sistemi ilə əlaqədar olaraq H.Əliyev adına Hərbi Məktəbin artilerya kafedrasına baş müəllim təyin olunur. 2002- ci il oktyabr ayına qədər səhhəti ilə əlaqədar olaraq öz isdəyi ilə təqəüdə gedir. 2003-ci ildə yanvar ayında Təlim-Tədris alteryalı kafedrasında müəllim vəzifəsində çalışır. 2007- cı ildən təqaüdə çıxır. 1996-cı ildən ailəlidir, 2 oğlu atsıdır. Nicat Bakı Biznes Universitetinin, Murad BDU-nin Beynəlxalq münasibətlər fakultəsinin tələbəsidir. Azərbaycan Respublikası prezidentinin Ümumilli lider Heydər Əliyevin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı layiq görümüşdür.
Vahid Quliyev o illərin xatirəsindən söylədikləri:
-Mən çox maraqlı, cəsur döyüş yolu keçirmişəm. Yaxşı yadımdadı Əsgəran rayonunda Aqsu rayonundan olan Xilqət adlı bir hərbiçi ilə növbəşərək atəş postunda keşik çəkirdik. Onun növbəsi olduğu gün düşmən posta atəş açmışdı, Xiqət çox bərk qorxmuşdu. Sonralar şəhid oldu. Nur işində yatsın. Artireya idarəsinin rəisi Hacırəhim Məmmədov öz xahişimlə məni Qubadlının Yazıdüzündə “Qurban təpə” deyilən atəş mövqeyinə Ermənistanın Gorus rayonu ilə həmsərhəd bölgəsinə ezam etdi. 200-300 metr erməni postu ilə atıcı kimi fəaliyyət göstərdim. Qubadlının işğal ərəfəsində düşməninin 3 tankını məhf etdim. Cəbhədə hər gün “Araz” radiosu vasitəsi ilə saat 17:00 xəbərlərinə qulaq asırdım. 1994-ci il oktyabrın 9-da yenə xəbərlərə qulaq asırdım., yaxşı yadımdadı “Hərbicilər günü” idi. Ulu Öndərimiz bir sıra hərbiçiləri “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görmüşdü və onların adları sırasında da öz adımı eşitdim.Çox dəyərli, qorxmaz oğlanlarımız şəhid oldular. Şəhid olan yoldaşlarımdan xatırladıqlarım İsmayıllıdan Ramiz, Ağsudan Xilqət, Astaradan Altay. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Vahid müəllim Ali Baş Komandamız, cənab İlham Əliyev “Qələbə” xəbərini xalqımıza çatdırmağı sizə həvalə etsəydi bu xəbəri xalqımıza, dünyaya necə çatdırardız ?
– Qürurla, Fəxrlə Vüqarla çatdırardım bir hərbiçi olaraq ! Biz tezliklə qələbə çalacayıq. Buna bütün xalqımız inanır. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Mən bu gündə hazıram Azərbaycan ərazi bütövlüyü uğrunda vuruşmağa. Mən xalqımı, Vətənimi sevən insanam.
Sonda Yeganə xanım sizə və sayıtınızın rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. sağ olun həmişə biz hərbiçələrlə maraqlanırsız və bizləri işıqlandırırsız.
Bu gün Vahid Quliyevin 63 yaşı tamam olur. Əziz Vahid müəllim sizi VETENPERVERLER.AZ xəbər portalı olaraq səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, can sağlığı, işlərinizdə nailiyyətlər arzulayırıq. Həmişə sıralarımızda olun. Yeni yaşın mübarək qəhrəman qardaşım.
Çəkilişdə yaratdığı şəraitə və dəstəyə görə “Turan “restoranlar şəbəkəsi qrupuna və 34-cü məhəllədə yerləşən “Turan GARDEN” restoranına öz minnətdarlığımızı bildiririk. Burada işini zövqlə yerinə yetirən dülərüz, peşəkar personal tərəfindən yüksək kefiyyət göstərilir.
gülərüz personal yüksək səviyyədə xidmət göstərilir. İstərdik ki, “Turan” restoranlar şəbəkəsi qrupu Türkiyədə, Faransada, Almanyada, Böyük Britanyada və digər ölkələrdə öz xidməti ilə müştərilərini məmnun etsin.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
Düşmənin 14 tankını məhv edən Milli Qəhrəman.Düşmənin 14 tankını məhv edən Milli Qəhrəman..скачать dle 10.6фильмы бесплатно

Tarix:21-09-2018, 02:46
Oxunub:82 995


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti