yüklənir...
yüklənir...

Ağstafalılar səninlə fəxr edir Komandir Alıcanov

Bu gün Vətənin harayına çatan ilk oğullarımızdan biri Rafiq Alıcanovun doğum günüdür.
Ağstafalılar 1918-20-ci illərdə daşnaklara qarşı mübarizədə, Böyük Vətən müharibəsi illərində, eləcə də müstəqillik uğrunda, Qarabağ uğrunda döyüşlərdə həmişə əsl vətənpərvərlik nümunələri göstəriblər. Həm Sovet İttifaqı Qəhrəmanlarının, həm də Milli Qəhrəmanların sıralarında Ağstafalı oğulların da adları var. Bu bölgə beş Milli Qəhrəman və 130-dan çox şəhidin məskənidir.
11 iyul 1965-ci ildo Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən, Rafiq səkkizinci sinfə kimi bu kənddə indi adını daşıdığı məktəbdə təhsil alır.
Muğanlı kənd orta məktəbini bitirdikdən sonra onu hərbi sənətə olan məhəbbəti Kalininqrad şəhərinə Ali Hərbi Məktəbə gətirib çıxarır. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlib.1988-ci ildə təhsilini başa çatdıran Rafiq, təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilir və öz ixtisası üzrə xidmətə başlayır.
1988-ci ildə o, tez-tez Azərbaycandan həyəcanlı xəbərlər alır. Ermənistanın torpaq iddiaları ilə Azərbaycana qarşı təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmaq üçün mücadilələr etsə də, yalnız 1992-ci ilin avqustunda Vətənə qayıda bilib. Soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, ev-eşiklərinin talan edilib yandırılmasına dözə bilmir. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi səylər göstərib. Gənc zabitin hərbi təcrübəsini nəzərə alıb, onu Tovuz rayonunda yerləşən hərbi birləşmələrdən birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edirlər. Bir müddətdən sonra işini başqa yerə - Gəncə şəhərindəki N saylı hərbi hissəyə dəyişirlər. Onun şərəfli döyüş yolu Qazax , Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Kapitan Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir. Füzuli bölgəsində gedən ağır döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edib, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.
1993-cü il 5 noyabr...Cəsur komandir Füzuli rayonu Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənlərin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib. Ailəli idi. Mələk adlı qızı, Elvin adlı oğlu yadigar qalıb. Milli Qəhrəmanımız şəhidlik zirvəsinə ucalanda Mələyin 3 yaşı, Elvin 3 ayliq idilər. Qəhrəmanın qardaşı Ramiz Alıcanov Qarabağ müharibəsi veteranıdır.
Ulu Öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Kapitan Alıcanov Rafiq Cəfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyinə görə (ölümündən sonra) bir sıra diplomlarla təltif olunmuşdur.
Köçvəlli kəndində dəfn edilmişdir. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Ağstafa şəhərinin mərkəzində büstü qoyulmuşdur. Atası şəhid olarkən 3 aylığında olan Elvin Alıcanovun hər kəsə təsir edən fikirlər söyləmişdi: “Mən atamın üzünü görməmişəm. Fəxr edirəm ki, mənim atamın cənazəsi Azərbaycan Respublikasının Dövlət Bayrağına bükülüb və mənim zabit atam yaylım atəşləri altında Vətən torpağına-son mənzilə uğurlanıb. Mən də yaşıdlarımdan biri kimi işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə daim hazıram”. Bu gün bizim Vətənini, xalqını sevən Elvin kimi gənclərimiz var. Vətən gəncliyi ilə qürur duyur.
Yeni yaşın mübarək. Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
Ağstafalılar səninlə fəxr edir Komandir Alıcanovскачать dle 10.6фильмы бесплатно

Tarix:11-07-2018, 01:03
Oxunub:10 862


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti