yüklənir...
yüklənir...

Şikar silaha sarılaraq döyüşə yollanır

Bu gün erməni faşistlərinin qənimi, Milli Qəhrəmanımız Şikar Aslanovun doğum günüdür.
Qarabağ döyüşlərində Cəbrayıl rayonu 392 şəhid verib ki, bunlardan 16 nəfəri polis əməkdaşı olub, 6 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib ki, bunlardan 4 nəfəri polis əməkdaşıdır.
Hələ uşaq ikən avtomat oyuncaqla oynamağı çox sevən, dəftərlərinin üstünə tank şəkli çəkən Şikar bilmirdi ki, vaxt gələcək adını hərb tariximizə qızıl hərflərlə yazdıracaq.
Şikar Davud oğlu Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində Yüzayə ananın və Daavud kişinin ailəsində son beşik övladları dünyaya gəlir. Ailədə 6 uşaq böyüyürdü. Ataları Davud kişini çox tez itirirlər. Çox ağıllı, mülayim təbiətli uşaq idi Şikar. 1977-ci ildə indi onun adını daşıyan Süleymanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. Sərbəst mövzuda inşa yazılanda həmişə Vətənə, torpağa aid olan inşaları yazardı. 1987-ci ildə həmin məktəbi bitirmişdir. Çox cüssəlli, yaraşıqlı bir gənc idi.
1988-ci ildə Sovet Ordusu sıralarına çağırılan Şikar Rusyanın Tula şəhərində desant kmi xidmət edir. Xidmət illərində dəfələrlə anasına təşəkkür məktubları gəlib. 1990-cı ildə ordudan tərxis olunur və doğma kəndinə dönür. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsinə qəbul olunur.
Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olur. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində o, öz PDM-ı (piyadaların döyüş maşını) ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurur. Döyüş yoldaşları ilə Zamzun kəndində gedən döyüşlərdə qəhrəmancasına kəndi düşmənlərdən azad edib, Füzuli rayonunun Cəmilli kəndində gedən döyüşlərdə fədakarlıqla vuruşub, bir çox silah-sürsat əldə ediblər. Döyüşçü kimi döyüşcü, çox savadlı, həm də şən oğlan idi. Həmişə öndə gedib döyüşlərdə fəal iştirak edirdi. Ermənilər onun əlindən qan ağlayırdılar, onların qənimi olan Şikarın Süleymanlı kəndində evlərini axtarırmışlar ki, darmadağın edək ürəyimiz soyusun. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar bir neçə dəfə komandirləri tərəfindən fərqləndirilmişdir. Döyüş taktikasını yüksək səviyyədə bilirdi və yoldaşlarını da bəhrələndirirdi. O, təkbaşına kəşfiyyata getməyə üstünlük verir, hər dəfə də dəqiq məlumatla geri dönürdü.
1992-ci il İyul ayının 2-si... “Şayaq” əməliyyatı... Cəsur polis işçisi Şikar Aslanovun şərəfli döyüş yolunun son səhifəsi.... Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu gözlərini əbədi olaraq yumur və 21 yaşında ən uca zirvəyə şəhidlik zirvəsinə ucalır. Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.
Şikar Sülüymanlı kəndində postda olduqda heç vaxt yoldaşlarını qoyub evə getmadi və deyirdi ki, mənim kimi oğlanlar postda kəndimizi qoruyurlar, mən nədən qorumuyum. O, Vətəni üçün narahat övlad idi. Həmişə ön cəbhədə, müharibə gedən qaynar nöqtələrdə oldu.
Yeni yaşın mübarək. Nur içində yatasan şəhid polis qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı.


скачать dle 10.6фильмы бесплатно

Tarix:10-07-2018, 20:22
Oxunub:12 284


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti