yüklənir...
yüklənir...

Qəhrəmanlar dünyaya qəhrəman kimi gəlirlər

Bu gün “Azərbaycanın Milli Qəhrəmanı” Bəxtiyar Allahverdiyevin ad günüdür.
"Təki Vətən yaşasın, təki Azərbaycan var olsun!"
Bəxtiyarı tale sanki vətən keşikçisi kimi həm çətin, həm də çətin olduğu qədər şərəfli bir xidmətə hazırlamışdı. Bu gün canlı qəhrəman Bəxtiyar Əzizulla oğlu Allahverdiyevin doğum günüdür. O, 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıdakı 199 saylı orta məktəbi bitirib.1992-ci ilin avqust ayında Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordumuzun sıralarında xidmətə çağırılıb. Bəxtiyar N saylı hərbi hissədə əsgəri xidmətə başlayır və komandirlərin hörmətini qazanır.
O, 1992-ci ilin oktyabrında cəbhəyə yola düşür və tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar əvvəlcə Qubadlı bölgəsində gedən qanlı döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında, əsl qəhrəmanlıq nümunəsi göstərir. 1994-cü ildə o Tərtər, Ağdərə bölgəsinə də ağır döyüşlərdə iştirak edib, qəhrəmanlıqla vuruşub, xeyli erməni quldurunu məhv edir. Xidməti vaxtı bitməsinə baxmayaraq Bəxtiyar Vətənimizi dar gündə qoymur. Yenidən əməliyyatlara atılır və öz döyüşçü gücünü göstərir. O, harada, hansı cəbhədə xidmət etməsindən asılı olmayaraq, hər yerdə öz əsgəri andına sadiq qalır, onu layiqincə yerinə yetirməyə çalışırdı. Cəsur, qorxmaz və yetkin hərbçi olduğunu nəzərə alan komandanlıq onu qrup komandiri təyin edir. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığı rəhbərliyin gözündən yayınmadı. Ən qaynar nöqtələrdə göstərdiyi misilsiz döyüş rəşadətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Bəxtiyar Əzizulla oğlu Allahverdiyev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. 1995-ci ildə Müdafiə Nazirinin əmri ilə Bəxtiyar Allahverdiyevi hərbi biliyini artırmaq məqsədilə Türkiyə Respublikasına göndərdilər. 1996-cı ildə o, ixtisas kursunu müvəffəqiyyətlə başa vurub, doğma hissəyə qayıtdı. 1997-ci ildə isə gizir rütbəsi alaraq, N saylı hərbi hissənin kəşfiyyat taqımına komandir təyin olundu. Allahverdiyev 1998-99-cu illərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kurslarında təminat taqımının komandiri, 1999-2000-ci illərdə isə Bakı Ali Komandirlər Məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdır. Həmin ilin oktyabr ayında ordudan tərxis olunmuşdur. O, 2001-ci ildə Daxili İşlər Orqanlarına işə qəbul edilmişdir. 2002-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş, işləyə-işləyə 2007-ci ildə təhsilini başa vurmuşdur. Xətai rayon Əlahiddə Polis İdarəsinin Polis Bölüyündə çalışmışdı. 2004-cü ildən 2006-cı ilə qədər İsmayıllı rayonunda sahə müvəkilli vəzifəsində işləmişdir. Ailəlidir. Hal-hazırda Bəxtiyar Allahverdiyev təqaüddə olan polis zabitdi.
Bu gün sıralarımızda olan qəhrəmanımız Bəxtiyar Əzizulla oğlu Allahverdiyevin 44 yaşı tamam olur. Bizdə VETENPERLER.AZ xəbər portalı olaraq qəhrəmanımıza can sağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzulayırıq. Ad gününüz mübarək qəhrəman qardaşım! Sizə və bütün xalqıma tezliklə qələbə xəbərini eşitməyi arzulayıram.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı.скачать dle 10.6фильмы бесплатно

Tarix:11-06-2018, 00:21
Oxunub:82 905


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti