yüklənir...
yüklənir...

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir.

Natiq Məmmədov 19 il şərəfli, qürurlu bir ömür yaşadı.
Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər.
Zaqatalanın ilk Milli Qəhrəmanı Natiq Bəşir oğlu Məmmədov 11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində sadə, zəhmətkeş bir ailədə anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. Sonra texniki ixtisasa yiyələnərək əmək fəaliyyətini başlayır. 1993-cü ilin may ayında Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra ön cəbhəyə yola düşür və döyüşlərdə iştirak edir. Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edir, şərəfli döyüş yolu keçir.
1994-cü il 4 oktyabr... Xüsusi təyinatlı hərbi hissənin əsgərləri Gəncə şəhərinə gətirilir. Bu vaxt şəhərdə vəziyyət pisləşmişdi. Silahlı dəstə dövlət çevirilişinə cəhd göstərmişdir. Onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar. Qiyamı yatırmaq üçün hərbi hissənin əsgərləri döyüş vəziyyətinə gətirildi. Natiq də bu əməliyyatda iştirak edirdi. O vəzifə borcunu yerinə yetirirdi. Dəstənin zərərsizləşdirilməsi zaman Natiq Məmmədov dövlətçiliyimiz uğrunda canını qurban verdi. Şəhidlik zirvəsinə ucaldı. Subay idi. Azərbaycan Resublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.
Buradakı uşaq baxçası qəhrəmanımız Natiqin adını daşıyır.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş suverenliyimiz, dövlətçiliyimiz uğrunda şəhidlik zirvəsini fəth etmiş fateh. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir.
Allah məzarını cənnət eləsin. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-05-2019, 02:19
Oxunub:60


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti