yüklənir...
yüklənir...

Əfsanəvi tankçı

Müsəlman torpağında yəhudi əsilli Azərbaycan əsgəri
Azərbaycan xalqı irqindən, dinindən, milliyyətində aslı olmayaraq heç bir öz qəhrəman övladını unutmur. Azərbaycanı daima sevən yahudi əsilli həmyerlimiz Albert Aqarunov Vətənin müdafiəsinə qalxır və son damla qanına kimi vuruşur. Bu gün onun 49 yaşı tamam olur. O, 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində dünyaya gəlir. Ailənin son beşiyi olan Albert sakit, mehriban uşaq idi. Böyüklərə yardım etməyi sevərdi. Çox erkən yaşlarından musiqilə maraqlanırdı Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib. Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. O, indi onun adını daşıyan Suraxanı rayonundakı 154 saylı məktəbdə orta təhsil alır. Hələ uşaq vaxtlarından dürüstlüyü, qorxmazlığı və cəsarəti ilə həmyaşıdlarından fərqlənirdi. Heç kim bilmirdi ki, vaxtı ilə məktəb illərində Vətən şerini söyləyən bu balaca oğlan vaxt gələcək Vətən uğrunda canından belə keçəcək. Albert səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Sadə və zəhmətkeş oğlan idi. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. 1987-ci ildə Aqarunov hərbi xidmətə çağırıldı. Gürcüstanın Axalkalaki tank diviziyasında qulluq etmişdi və xidməti dövründə tank komandiri oldu. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib
Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq
yaratmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəmirdi və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov könüllü olaraq cəbhəyə yollandı. 1991-ci ilin dekabr ayında
Orduya gələn zaman onun 21-22 yaşı var idi və onunla birlikdə məktəbdə oxuyan Ağababa adlı dostu da gəlmişdi. 1992-ci ilin aprelində onları Azərbaycanın 1-ci tankı ilə Şuşa şəhərinə göndərirlər. Milli Ordumuzun yüksək ixtisaslı tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib, düşməni dəfələrlə pərən-pərən salır. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı və caanlı qüvvəsini məhv edib.Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular. Albert Şuşa şəhərinə çıxanda hamı sanki tamaşa seyr edirmiş kimi onu izləyirdi.
Yəhudi əsilli olmasına baxmayaraq, Albert doğulub-böyüdüyü torpağı çox sevirdi. Ailəsinin və onun İsrailə qayıtmaq üçün vizaları var idi. Amma o deyirdi ki,” müharibə bitəndən sonra gedəcəm. Dotlarımı, yaxınlarımı döyüş meydanında tək qoya bilmərəm. Bu torpaqda doğulmuşam bura mənim Vətənimdi.” Bütün kollektiv onu çox istəyirdi. Gülərüzlü, səmimi insan idi.
Onun nəyə qadir olduğunu hər kəs bilirdi hətta düşməndə. 22 yaşlı Albertin döyüş taktikası cəbhə yoldaşlarında rəğbət, düşməndə isə nifrət yaradırdı. Ermənilər onun başına külli miqdarda pul qoymuşdular. Taktiki döyüşləri var idi, düşmənin bir texnikasını da boş buraxmırdı. Yaşının az olmasına baxmayaraq Aqarunov Qarabağ müharibəsində bir tankçı əfsanəsi yaratmışdır.
Albertin döyüş əməliyyatlarını hər kəs izləyirdi. Onun çox arzusu var idi, deyirdi ki,” bu müharibə qurtarandan sonra zabit olacam”. Ömrü kimi döyüş yolunun da qısa olmasına baxmayaraq Albert cəbhədə çox böyük uğurlar qazanıb. Albert bir müsahibəsində bildirirki o, müharibənin axrına kimi döyüşmək isdəyir. Amma bu döyüş cismani olaraq ona qismət olmadı.
1992-ci il... Mayın 8-i...Şuşa-Laçın yolu... Səhər tezdən düşmən tankları görünür. Ermənilər Laçına gedən yolu kəsməklə Şuşanı tam mühasirəyə almaq istəyirdi. Albert döyüş əmri alır və dərhal tankını həmin səmtə yönəldir. Erməni tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməmək üçün o, tankın sürətini daha da artırır və sərrast atəşlə düşmənin öndə gələn tankını məhv edir. Bu uğurundan ruhlanan Albert daha bir tankı alova qərq edir. Qeyri-bərabər döyüşdə neçə-neçə düşmən texnikası sıradan çıxarılır və yenidən həmləyə keçməyə can atırdı. Ancaq buna macal tapmadı. Snayper gülləsi igid tankçını haqladı. Albert döyüş meydanında mərdliklə şəhidlik zirvəsinə ucalır. Subay idi.
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Milli Qəhrəmanımız Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Albert igidliyi ilə bütün pillələri fəth etdi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. 2014-ci ildə “Vətən övladı” medalı, 2016-ci ildə isə “Həzi Aslanov” medalı ilə təltif olundu.
Yaşadığı binaya xatirə lövhəsi vurulub. Bakıda. vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi vurulub. Onun adına xatirə turnirləri, karate yarışları keçirilir.
Onun xatirəsi bu gün təkcə Azərbaycanda yox, İsraildə də yad edilir, əziz tutulur. Azərbaycan torpaqlarını qorumaq hər zaman Albert Aqarunovun arzusu olub. Ürəyi Azərbaycanla xüsusən də Şuşa ilə döyünən Albert Aqarunov həyatı Şuşanın müdafiəsi günü sona yetdi. O, şirin canından Azərbaycan üçün keçdi.
Allah rəhmət eləsin. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-04-2019, 12:19
Oxunub:142


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti