yüklənir...
yüklənir...

Qartal qamətli qəhrəman

Allahverdi Bağırov Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həmişə ön sırada olardı. Deyirlər hər bir tanınımış adamın həyatı və şəxsiyyətin həyatı, fəaliyyəti dövrlə, zamanla öz Vətəni, öz xalqı azadlıqla bağlı olmalıdır. Allahverdi Bağırov Qarabağ bölgəsində bu müqqədəs amal uğrunda mübarizə aparanların sarvanı idi. O həyat, dostluğa, insanlığa qartal kimi gəlmişdir və ömrünün sonuna qədər də qartal qamətini də dəyişmədi.
Bağırovlar ailəsində 5 qızdan sonra illərlə yolunu gözlədikləri, nəzir niyazla bir oğlan uşağı doğulur. Ağdam rayonu 1946-cı ilin aprelin 22. Bu gün yüzlərlə, minlərlə ümid, pənah yerinə çevriləcək. Ölümlə üz-üzə qalmış, neçə-neçə insanları ölümün pəncəsindən qutaracaq. Yaşadığı ömrü boyu Vətənini, millətini bütün varlığı ilə sevəcək. Bu yolda canını belə əsirgəmiyəcək bir insan dünyaya gəldi. Allahverdi Bağırov. Bu oğlanı Allah vermişdi bu ailəyə, bu torpağa, Azərbaycan xalqına. O, Azərbaycan tarixinə 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşüb. O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Hələ kiçik yaşlarında yaxşı futbolçu kimi Ağdam komandasının şərəfini qorumuş, tamaşaşıların sevimlisinə çevrilmişdir. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda doğulduğu yurduna Ağdama qələbə qazandırıb.
O, doğulandan döyüşürdü. Bir sözlə, o, anadangəlmə döyüşçü idi. Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyan döyüşçü 1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük əməyi olmuşdu.
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib.
Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilib.
Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.
1991-ci ilin 1 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik edirdi.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuş, Kətük kəndi ilə üzbəüz mövqeyini qurmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur.
Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görüldü. Döyüş dostları onu əsl cəngavər, xeyirxah insan kimi xatırlayırlar: “Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”.
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O, da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdü.
Allaehverdini Xocalı xilaskarı adlandırırdılar. Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.
Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil alıb.
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı.Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.
1992-ci ilin 14 iyun... Bu gün xalqımız vətənpərvər, qeyrətli,mərd, qorxmaz, igid oğlunu Allahverdi Bağırovu itirdi. Şəhidlik zirvəsinə ucaldı. Təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur.
Tankist Sevil Abbasovanın sözlərinə görə onu “ancaq sənədlərindən tanıya bildik”.
Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova "Qızıl Ulduz" medalı təltif olmuşdur.
Allahverdi Bağırov Vətənini, xalqını, çox sevirdi. Bu amal uğrunda o hər şeydən hətta canından keçməyə hazır bir şəxsiyyət idi. Keçdidə... Çox tez dəyişdi dünyasını. Ulu tanrının insana verdiyi ömür payını hərə bir cür yaşayır. Ömür var həzin bir mehə bənzəyir əsir, əsir sonrada yoxa çıxır. Ömür var torpağı göyə sovruan burulğana bənzəyir. Aləmi bir birinə qataraq iz salıb gedir. Ömür var ki, taleyin sərt döngəli sərt yollarını cəsarətli yollarını yarıb kecir. Neşə-neçə ömürlərə çıraq tutur, şölə saçır.
O, əzəməti və şəhadəti ilə sübut etdi ki, doğrudan da Allahın payıdır, özü də ən gözəl, ən müqəddəs payı. Bu gün azərbaycan xalqı böyük oğlu Allahverdi Bağırovun xatirəsini ehtiramla anır, ona və Vətən yolunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-04-2019, 20:00
Oxunub:65


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti