yüklənir...
yüklənir...

VƏTƏN səninlə qürur duyur

Tərtər döyüşən şəhər, alınmaz qaladır
Dağlıq Qarabağ hadisələri başlayan vatxdan Azərbaycanın bir çox dilbər guşələri kimi Tərtər rayonuda müharibə bölgəsinə çevrilir. Tərtər müdafiə batalyonu məhz həmin vaxt yaradılır. Qısa müddətdə xeyli gənc bu batolyana yazılır.
Batolyon komandiri döyüşçü, kəşviyyatçı, O, 28 fevral 1952-ci ildə Azad Qaraqoyunlu (İlxıçılar) kəndində anadan olmuşdur. 1958-68-ci illərdə Azad Qaraqoyunlu kənd orta məktəbində orta təhsil almışdır. 1968-ci ildə Azərbaycan Poltexnik İnistitunun hidro-meliorasiya fakultəsinə daxil olub. 1973-cü ildə mühəndis ixtisası alaraq ali təhsilini başa vurmuşdur. 1973-ildə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət etmişdir. 1975-ci ildə ordudan tərxis olunur və Tərtər rayonuna qayıdır. O, burada müxtəlif vəzifələrdə çalışır. 1980-82-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını idarəetmə İnistitutunu fərqlənmə diplomu ilə bitirib. 1982-85-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-88-ci illərdə Tərtər rayonu Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, rayon Partiya Komitəsində məsul vəzifələrdə işləyib. Qarabağda baş verən hadisələr Elman Hüseynovu narahat edir. Vətnin odlu alovlu taleyinə biganə qala bilmir. Dövlət idarəetmə orqanlarında mühüm vəzifələrdə işləməyinə baxmayaraq 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edir. 1991-ci il sentyabr ayında Tərtər özünə müdafiə qərargahının rəisi təyin olunur. Noyabrın 12-də isə Müdafiə Nazirliyinin müfaviq əmri ilə yaradılan Tərtər ərazi özünə müdafiə batalyonunun komandiri təyin olunur. Qısa zaman ərzində mayor Hüseynov Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. O komandiri olduğu “Tərtər” batalyonunun döyüşçülərini döyüşə həvəsləndir, torpaqlarımızın müdafiəsində döyüşcüləri qələbəyə ruhlandırırdı.
Ağdərə, Seysulan, Yarımca, Caylı, Həsənqaya, Marağa, Ortakənd, Çıldıran yaşayış məntəqələrinin işğalçılardan azad olunmasında Elman və döyüş yoldaşları rəşadətlə vuruşurlar. Döyüşdə onlarla erməni yaraqlısını məhv etmişdilər. Mayor Hüseynovun şəxsi şücayəti və komandir olduğu “Tərtər” batalyonu xeyli silah-sursatda ələ keçirmişdilər. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilir. Döyüşlərdə iki dəfə yaralansa da silahdan, səngərdən ayrıla bilmir. Müalıcəsi bitməmiş döyüşə qayıdır.
1993-ci il 15 yanvar... Vəng yüksəkliyi uğrunda gedən döyüşdə cəsur komandir 40 yaşında qəhrəmancasına səhidlik zirvəsinə ucalır. Doğulduğu Tərtər rayonu Qaraqoyunlu kəndində dəfn olunub. Ailəli idi. 3 övladı yadigar qalıb.
1995-ci il 15 yanvar tarixli 262 saylı fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti “Misilsiz xidmətlərinə görə” mayor Elman Süleyman oğlu Hüseynova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Elman Hüseynovun adına Tərtər rayonunda və Bakı səhəri Xəzər rayonunda küçə əbədiləşdirilib. Tərtər şəhərində qəhrəmanın büstü ucaldılıb. Qəhrəmanın adına muzey vardı. Elman Hüseynovun keçdiyi həyat yolu gələçək nəsillərə bir örnək, bir nümunədir. O, mənalı və qəhrəmanlıqla dolu döyüş yolu keçirib. Elman qəhrəman olmaqla yanşı vətənpərvər, işgüzar, alicənab bir insan olmuşdur.
Milli Qəhrəmanın oğlu Emin Hüseynov atasının göstərdiyi qəhrəmanlıqlarla qürur duyur atası haqqında söylədikləri:
-Fəxr edirəm ki, atam bu torpaq uğrunda, vətən uğrunda canını fəda edib. İnşallah Vəng yuksəkliyi azad olunar atamın, şəhidlərimizin ruhu şad olacaq. Bu arzu hamımızındı! O gün uca rəbbimizin izini və köməkliyi ilə mütləq olacaq.
Allah qəhrəmanımıza rəhmət eləsin! Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-03-2019, 14:47
Oxunub:42


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti