yüklənir...
yüklənir...

Milli Qvardiyanın qurucularından biri

Əfqan öz qanıyla yazdı, adın şəhid zirvəsinə qəhrəmanlıq səhifəsinə.
Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə fəhlə ailəsində anadan olmuşdur. 1970-cı ildə 109 saylı orta məktəbin birinci sinifinə daxil olur. 1978-ci ildə səkkizinci sinifi bitirərək C.Naxçivanski adına hərbi liseyə daxil olur. 1980-cı ildə Əfqan liseydə təhsilini başa vurduqdan sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və tağım komandirinin müavini təyin edilmişdir. 1984-cü ildə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir.
11 oktyabr 1985-ci ildən 25 iyun 1985-ci ilə kimi Əfqanıstan Demokratik Respublikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdur. 1986- cı ildə ona baş leytenent rütbəsi verilmişdir. 1988-ci ildə Əfqan Hüseynov “SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik” medalı ilə təltif edilmişdir. Həmin ildə C.Naxcıvanski adına hərbi liseyinə tərbiyəçi böyük komandiri təyin edilmişdir və kapitan hərbi rütbəsi almışdır. Yüksək dərəcəli biliyə malik olan zabit Əfqan Hüseynov 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir. 1991-ciil dekabrın 25-də Azərbaycan Respublikasının Milli Qvardiyasının yaranması ilə əlaqədar olaraq bir çox bacarıqlı zabitlər Qvardiyanını təşkili işlərinə cəlb edilmişdir. Hüseynov Əfqan 21.01.1992-ci ildə Milli Qvardiyanın sıralarına daxil olmuşdur. Qulluq etdiyi müddət ərzində bacarıqlı zabit kimi fərqlənmişdir. O bütün bacarıq və biliyini müstəqil Azərbaycan Respublikasının ilk hərbi qurumlarından olan Milli Qvardiya formalaşmasına sərf etmişdir. Hüseynov kimi bacarıqlı zabitlərinin əməyi nəticəsində şərəfli bir yol keçmişdir. 1992-ci il iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti və Əfqan Hüseynov döyüşə girərək erməni birləşmələrinə zərbələr endirmişdir. Düşmənin hucumunun qarşısı alınmış və onu geri oturtmuşdur. Bu döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxan oğlu mayor hərbi rütbəsinə layiq görülmüşdür. 26 oktyabr 1992-ci ildə alayin şəxsi heyəti başda alay komandiri mayoru Əfqan Hüseynov olmaqla Qubadlıda, Laçında düşmənin hucumunun qarşısı alınmışdır. Oktyabrın 31-də alay əks hucuma keçərək düşmənin bir mövqelərini ələ keçirmişdir. Düşmənin əsas qüvvəsini məhv edərək öz döyüş mövqelərini möhkəmləndirmişdir. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədəkarlıq göstərmişdir. Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmışdır. 1 noyabr 1992-ci il...Alayın düşmən üzərinə yeni hucum zamanı mayor Əfqan Hüseynov başına dəyən düşmən gülləsindən qəhrəmancasına həlak olur. Mayor Hüseynovun bu igidliyi Milli Qvardiyanın zabit və əsgərlərini heç də məyus etməmişdir. Sonrakı döyüşlərdə onun intiqamını almaq arzusu ilə döyüşlərə girmiş itkilər versələr də döyüşdən şərəflə çıxmışdılar.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Əfqan Qaraxan oğlu Hüseynova misilsiz xidmətinə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Xüsusi Dövlət Mühafizə Xidməti rəsinin 9 mart 1995-ci il tarixli 63 saylı əmri ilə Azərbaycan Milli Qəhrəmanı mayor Azərbaycan Milli Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlu əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Bakı şəhərinin Səhidlər Xiyabanında dəfn edilib. C.Naxçıvanski adına Hərbi Liseydə və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyada onun büstələri qoyulmuşdur. Onu da xatırladaq ki, dəfələrlə C.Naxçıvanski adına Hərbi liseydə dəfələrlə Milli Qəhrəman Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş futbol turnirləri keçirilib. Mayor qəhrəmanımız ruhun şad olsun. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.az”



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-02-2019, 22:18
Oxunub:61


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti