yüklənir...
yüklənir...

Mirəsgər cəsurluğuna görə ad qazandı

Mirəsgər Seyidov kimi oğulların qəhrəmanlıq ənənələri gəncliyimizin timsalında yaşayır.
“Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti ötən əsrin sonlarında törədikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından yan keçmədi. Ermənni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hucumlar edir, bu torpaqlaqrı Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdılar. Hadisənin ilk günlərindən Naxcivanın mərd qəhrəma oğulları öz canlarının və qanlarının bahasına torpaqlarımızı yağı düşməndən qoroyurdular. Azərbaycanın bu qorxmaz və qəhrəman oqullarından biri odur Mirəsgər Mirabdulla oğlu Seyidov.
O,6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. Hələ kiçik yaşlarında həmişə hərbi oyuncaqlarla oynayırdı, hərbi sahəyə çox meyilli bir uşaq olub. 1977-ci ildə Naxcıvan şəhər indi onun adını daşıyan 39 saylı orta məktəbin birinci sinifinə qəbul olur. Mirəsgər çox dəcəl, inadkar uşaq idi. O, 1987-ci ildə orta məktəbi bitirdikdən sonra 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılır. Hərbi xidmət illərində dəfələrlə ailəsinə məktublar, təşəkkürlər gəlirdi ki, çox sağ olun belə oğlan böyütmüsüniz. 1990-ci ildə xidmətini başa vuran Mirəsgər doğma yurdu Naxçıvana dönür. Vətənin ağır günündə Mirəsgər Seyidov könüllü olaraq Babək rayonu Yuxarı Buzdov kəndində özünümüdafiə batalyonunda vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə dəfələrl fərqlənirdi. O, qaynar döyüşlərə girib erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv etmişdir və döyüşcü dostlarını mühasirədən çıxartmışdır.
14 iyun 1992- ci il...Onun son döyüşü də Yuxarı Buzqov kəndi yaxılığında oldu, vuruşduğu batalyonda 400 nəfərdən bir nəfərdə qrantamyot vardi o da Seyidov Mirəsgərdə. Seyidov həmin qrantamyotla BMP və düşmənin xeyli texnikasını məhv edir, son gülləsinə qədər vuruşur, döyüş yoldaşlarını xilas edərkən qəfil düşmən gülləsinə tuş gəlir, şəhidlik zirvəsinə ucalır. Seyidov igidliyi və cəsurluğuna görə ad qazanıb. Atası Seyidov Mirabdulla, anası Seyidova Zemfira xanım Mirəsgərin şəhidlik zirvəsinə ucalmağı ilə fəxr edirlər.
Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu 39 saylı orta məktəb qəhrəmaımızın adını daşıyır. Hal-hazırda Mirəsgər Seyidov adına 15 sayli orta məktəb kimi tanınır.
Mirəsgər Seyidov kimi oğulların qəhrəmanlıq ənənələri unudulmur. Bu ənənələr gəncliyimizin timsalında yaşayır.
Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“Vetenperverler.Az”

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:11-02-2019, 01:20
Oxunub:28


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti