yüklənir...
yüklənir...

Qubadlının fəxrli oğlu

Azərbaycanın, Qubadlıların yaddaşında silinməz bir şəxs kimi iz buraxan bölmə komandiri Azərbaycanın Milli Qəhrəmanı Ağayev Bəylər Tapdıq oğlu.
Bəylər 3 fevral 1969-cu ildə Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnistitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımcıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır. Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və bölmə kamandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O Səfiyan, Yuxarı və Aşagı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci il avqustun 6-sı... Erməni vəhşilərinin növbəti hucumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü döyüş yoldaşlarına tutub son olaraq bu sözləri deyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun...” və hucuma kecirlər. Xanalılar kəndi uğrunda komandiri olduğu bölüklə birlikdə sona qədər vuruşub düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etsələrdə özləridə ən uca zirvə şəhidlik zirvəsinə ucalırlar. Ağayev Bəylər qəhrəmanlıqla həlak olur. Mən getdim sonam qaldı,
Oduma yanan qaldı.
Nə dünyadan kam aldım,
Nə bir nişanim qaldı.
Bəylər Ağayev subay idi. O, Qubadlı rayonunun Qarağac kəndində dəfn olunmuşdur, bu kənd hazırda erməni işğalı altındadır. Qaraağac kənd tam orta məktəbi onun adını daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Bəylər Ağayev vətənini sevən, vətənin bir qarışını da düşmənə vermək isdəməyən,vətəni ilə fəxr edən 23 yaşında bu gənc gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə bir örnəkdi. Ruhun şad olsun!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

“Vetenperverler.Az”
Yeganə Telmanqızı.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:4-02-2019, 23:58
Oxunub:29


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti