yüklənir...
yüklənir...

Onlar əbədi yaşayırlar

Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi.
Azərbaycanın Milli Qəhrəmanı Əlıyev Ələkbər Həsən oğlu 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açıb. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra iki il Sovet Ordusu sıralarında xidmət etmişdir. O, Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyində çalışır. Bir müddət sonra doğulduğu kəndə qayıdır və kənd camaatının istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin edilir.
Erməni vandalizmi Ələkbər Əlıyevi bir an da olsun rahat buraxmırdı. O, hər an qaçqın həmvətənlərinin halına acıyır, onlara mənəvi dayaq olmağa çalışırdı. Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxdı. O, döyüşlərdə əsl qəhrəman kimi vuruşurdu. İşğal altında olan Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv etdi.
Laçın rayonunun Suarası kəndində ağır ölüm-dirim döyüşləri gedirdi.
7 avqust 1992-ci il 7 avqust... Ələkbər Əlıyev öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün əlbəyaxa döyüşə girir, bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edən cəsur döyüşçü 36 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Evlidir. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu Əlıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Xətai rayonundakı 204 saylı orta məktəb onun adı verilmişdir.
Allah rəhmət eləsin. Məkanın cənnət olsun, nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-12-2018, 15:55
Oxunub:151


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti