yüklənir...
yüklənir...

Şəhidlər fəxrimiz, ölməzliyimiz, örnəyimizdir!

Qanı torpağa tökülən igidlər də ən uca zirvəyə - şəhidlik zirvəsinə çatır.
Rüstəmov Füzuli Salah oğlu 25 dekabr 1965-ci ildə Tərtər rayonunun Həsənli kəndində anadan olub. Onun on bir yaşı olanda atasını,on beş yaşı olanda isə anasını itirib. Füzulini xalası Səkinə xanım və babası Kərim kişinin himayəsinə götürüb, boya-başa çatdırıb. Xalası ona doğma ana nəvazişi bəsləyib. 1972-ci ildə Füzuli Xocalı orta məktəbinə gedib və məktəbi müvəffəqiyyətlə bitirir. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır.1983-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağrılıb. O, əsgərlikdə olarkən dəfələrlə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən fəxri fərman, döş nişanları ilə təltif edilir, evlərinə təşəkkür məktubları göndərilir. Füzuli hərbi xidməti tamamladıqdan sonra 1985-ci ildə Xocalıda müxtəlif təsərffat işlərində çalışıb.
Resbublikamız ən ağır günlərini yaşayırdı. Zaman-zaman qanımızı içməyə məqam gözləyən ermənilər bəzi xarici qüvvələrə arxalanaraq torpaqlarımıza basqınlar edir, dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış sahələrimizə od vurub yandırır, yurd yerlərimizi işğala məruz qoyurdular. Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Belə bir məqamda Füzuli də ermənilərin separatçı niyyətlərinə qarşı təşkil edilmiş könüllü özünümüdafiə dəstələrində Xocalı ətrafında keşik çəkməyə başlayıb və sonradan yaradılan Xocalı özünümüdafiə batalyonunda kəşfiyyatçı olub. Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdıb. Bundan ötrü ona 4 ay həbs cəzası verilib. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevidə yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu AğdamMərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
1992-ci il fevralın 25-də 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Həmin gecə Füzuli də ağır müdafiə döyüşlərində düşmənə qarşı cəsarətlə vuruşur. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu AğdamMərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi. O, xeyli qan itirir və 26 yaşında şəhidlik zirvəsinə ucalır.
Onu doğulduğu kəndə Tərtər rayonunun Həsənli kəndində dəfn etdilər. Subay idi. 1997-ci ildə döyüş dostlarının, Xocalı şəhər əhalisinin, Xocalı İcra Hakimiyyətinin və xidmət göstərdiyi hərbi hissənin komandanlığını təşəbbüsü və təqdimatı ilə Rüstəmov Füzuli Salah oğluna Ümummilli lider Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi.
Füzuli dinc xocalıların və Xocalının uğrunda, bütöv Azərbaycan – vətən uğrunda qeyri – bərabər döyüşdə şəhid oldu və adını qəhrəmanlıq tarixinnə qızıl hərflərlə yazdırdı.
Allah rəhmət eləsin. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-12-2018, 14:03
Oxunub:222


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti