yüklənir...
yüklənir...

Cəsur döyüşçü

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də İbrahim İsmayıl oğlu Məmmədovdur.
O, 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. 1976-cı ildə 3 saylı Naxçıvan şəhər orta məktəbini bitirib,bir il Su Tikinti İdarəsində işlədikdən sonra, 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının birinci dərəcəli tuşlayıcı-operatoru ixtisasına yiyələnib.1979-cu ildə ordudan tərxis olunaraq Moskvaya gedir və avtomobil zavodunda əmək fəaliyyətinə başlayır. Moskvada yaşayıb işləyə-işləyə, 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1993-cü ildə təhsilini başa vurur. 20 Yanvar hadisələrini Moskvada ictimaiyyətə çatdırmaq üçün fəal iştirakçılardan biri idi.
Azərbaycanda Könüllü Batalyonlardan birinin tərkibində döyüşlərə atılır. İ.Məmmədov Könüllü Batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. Qarabağda Zəngilanda, Qubadlıda, Ağdərədə, Ağdamda əməliyyatlarda batalyonda olub və əməliyyatlarda iştirak edib. O, yeni yaradılmış hərbi hissədə əsgərlərin təlimi ilə ciddi məşğul olur. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandirliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. Ermənilər həmin gün 15 nəfərə yaxın itki verərək geri çəkilirlər.
1994-cü il 16 fevral... Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən ölüm-dirim mübarizəsində düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır. Son anda snayper gülləsinə tuş gəlir və cəsur döyüşçü 36 yaşında aldığı yaradan şəhidlik zirvəsinə ucalır. Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Yeni yaşın mübarək. Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı.



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-12-2018, 02:25
Oxunub:179


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti