yüklənir...
yüklənir...

Böyük sənətkarımız Mənsum İbrahimov

Əziz oxucu bu gün dəyərli sənətkar, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun qonağı oldum.
Mənsum müəllim xoş gördük sizi. Buyurun oxucularımızla bölüşün, neca gəldiz bu sənətə və bu gün siz xalqın sevimli xanəndələrindənsiniz.
–Sizi də xoş gördük Yeganə xanım. Mən Ağdam rayonunun İmamqulubəyli kəndində böyümüşəm. Gözümü açandan hər yerdə mugam səsi, karefeylərimizin ifasını eşitmişəm. Bizim kənddə həmişə ustad sənətkarlar el şənliklərinə, konsertlərə gələrdilər. Quzanlı kəndində mədəniyyət sarayında Əbülfət Əliyevi, Şövkət xanım Ələkbərovanı, Yaqub xanım Məmmədovanı, Arif Babayev və digər sənətkarlarımızın konsertlərini izləmişəm. Həmişə də fikirləşərdim kaş məndə onlar kimi oxuyardım. Təbii ki bu səslərin, muğamın içində böyüyüb tərbiyə almışam. Orta məktəbdə təhsil alanda tez-tez məktəb tədbirlərində də oxuyurdum. O tədbir, bu tədbir artıq baxdım ki, bu sənətin içindəyəm. 19 yaşında 1979-cu ildə həqiqi hərbi xidmətə çağrıldım Rusyanın Moskva şəhərində xidmət etdib və xidmətimi başa vurduqdan sonra doğulduğum Ağdam rayonuna qayıtdım. 1982-ci ildə A.Zeynallı adına musiqi texnikomuna sənədlərimi verdim. O zamanlar direktor böyük bəstəkarımız Vasif Adıgözəlov idi. “Çahargah” muğamını oxudum Vasif müəllimin çox xoşuna gəldi və soruşdu ki, “haralısan?” dedim ki, Ağdamlıyam, o da cavabında dedi: “Təbiki sən oxumalısan”. İlk müəllimim gəzəl sənətkarımız əslən Ağdamlı olan Vahid Abdullayev oldu. Mən muğamın bütün sirlərini ondan öyrəndim. Heyf ki, çox tez dünyasını dəyişdi. 3-cü kursda oxuyanda Vahid müəllim məni Ü.Hacıbəyovun 100 illiyi ilə əlaqədar müsabiqəyə hazırladı və məın bu müsabiqədə birinci yeri tutub laueart adı aldım. Diplomu mənə Şövkət xanım Məmmədova təqdim etdi. O gündəndə tanışlığımız başladı. Şövkət xanım məni sinifinə dəvət edib dedi: “Gözəl səsin var” və təklif etdi ki, gəl səni operaya aparım. Məndə dedim ki, Şövkət xanım mən orda oxuya bilərəm? Şövkət xanım cavabında dedi ki, “Sənin səsin, görkəmin əsl Məcnun obrazıdı”. O, vaxt bədii şura var idi. Mən Şövkət xanımla operaya getdim və gördüm ki, hamısı tanınmış müğənillərdi, düzü çox həyacanlandım. Mənə qulaq asdılalar və işə qəbul etdilər. Ayda 80 rubl. maaş alırdım. İlk rolumda “Leyli və Məcnun” operasında Zeyn rolu oldu, ilk tərəf müqavilimdə Arif Babayev idi. Belə opera həyatım başladı, kiçik rollar oxudum. Yaxşı ki səhnə fəaliyyətimi kiçik rollardan başladım, səhnədə yeriməyi, oxumağı öyrəndim.
Mənsum müəllim səhnədə ən gənc Leyliniz kim olub?
-1993-cü ildə Məcnun kimi ilk dəfə səhnəyə çıxdım və Leylim Gülyəz xanım Məmmədova idi. Səhnədə 10 Leylim olub onlardan biridə Ankara opera teatrının solisti olub. 2016-cı ildə Türkiyədən bir təklif gəldi. Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə Ankara Opera və teatrında Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası yeni quruluşda tamaşaya qoyulurdu. Mən 3 ay öncə Türkiyəyə ezam olundum və Ankara opera teatrında heç vaxt muğam oxumayan 16 solistinə muğam öyrətdim. “Leyli və Məcnun” tarixində ilk dəfə Selva Erdener Leyli rolunda məharətlə çıxış etdi, 3 dəfə tamaşa oldu anşlaqla. Ən maraqlısı o idi ki, o dövrün Azərbaycan geyimləri tikildi. Bütün media, aparıcı qəzetlər, televiziya kanalları “Məhşur Leyla Məcnun Türkiyə səhnəsində” işıqlandırdılar. “Leyli və Məcnun” operasının 100 illiyində Azərbaycanın sevimli Leylisi Nəzakət xanımla Fransa səhnəsində çıxışımız oldu. Mən oxuduğum tamaşaların 80 faizini Nəzakət xanımla oxumuşam. Qətərdə, Dohada, Belarusyada, Tacikistanda, İstanbulda, Azərbaycanın bölgələrində. 140 dəfədən çox Məcnun kimi səhnəyə çıxmışam. Leyli rollarındada Gülüstan Əliyeva, Səkinə İsmayılova, Qəndab Quliyeva, Aygün Bayramova, Simarə İmanova, Gülyanaq Məmmədova, Gülyəz Məmmədova. Ən gənc Leylim tələbəm Arzu Əliyevadır. Ankarada və Bakıda bir səhnəni bölüşmüşük. Eyni zamanda bu gün artıq Leylilər, Məcnunlar yetişdirirəm, artıq 17 tələbəm muğam müsabiqəsinin qalibi olan tələbələrim Opera və Balet teatrının salistləridi və opera səhnəsində baş rolları ifa edirlər. Tələbələrim Əməkdar artist adı alan, prezident təqaütcüsü, mənimlə çiyin-çiyinə çalışan müəllim yoldaşlarımdı. Öz tələbələrimlə xarici ölkələrdə səhnələr bölüşürəm. 60 dan çox ölkədə olmuşam. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının professoruyam Həmişədə Azərbaycan muğamını layiqincə təbliğ etmişəm. Müəllim kimi, opera solisti kimi işimi görürəm. xalqımıza, mədəniyyətiməzə xidmət edirəm. Insan sevdiyi işlə məşğul olursa ona həyat, yaşamaq rahat olur. Azərbaycan polisinin 100 illik tədbirində iştirakıma görə dünən Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubov özü şəxsən məni fəxri fərmanla təltif etdi. 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülmüşəm. 2010-cu ildə Azərbaycan prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunmuşam. 2012, 2014, 2015, 2016-cı ildə Prezident Mükafatına, 2017-ci ildən Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşəm. Ailəliyəm 4 övladım var. 3 qız,1oğlan, 2 nəvəm var. Həyatımdan məmnunam. Ən böyük arzum niskilli Qarabağımız işğaldan azad olunsun. İnanıram ki, gücli Milli Ordumuzun sayəsində Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə torpaqlarımız işğaldan azad olacaq. O günə çox az qalıb. Ulu Öndər Heydər Əliyevin qoyduğu yolu cənab prezidentimiz layiqincə davam etdirir. Bizdə hər zaman prezidentimizin yanındayıq və ona dəstəyik. Mənsum müəllim bizdə VETENPERVERLER.AZ xəbər portalı olaraq sizə can sağlığı, işlərinizdə və səhnə fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizə Qarabağda digər işğal olunan torpaqlarımızda sənət yoldaşlarınızla, yetişdirdiyiniz tələbələrlə konsertlərlə çıxış etmək arzusu ilə...

Yeganə Telmanqızı
Böyük sənətkarımız  Mənsum İbrahimov
Böyük sənətkarımız  Mənsum İbrahimovBöyük sənətkarımız  Mənsum İbrahimovBöyük sənətkarımız  Mənsum İbrahimovскачать dle 10.6фильмы бесплатно

Tarix:5-07-2018, 17:12
Oxunub:24 480


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti