yüklənir...
yüklənir...

Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Argentinanın müstəqillik gününə həsr olunmuş "Argentina Azərbaycanlı rəssamların gözü ilə" adlı sərgi təşkil edilib
Vetenperverler.Az xəbər verir ki, 8 İyul 2019-cı il tarixində Azərbaycan Rəssamlıq Akademyasının və Argentina Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Argentinanın Müstəqillik Gününə həsr olunmuş “Argentina Azərbaycan Rəssamlarının Gözü ilə” adlı sərgitədbir keçirildi. Tədbiri giriş sözü ilə Argentinanın Azərbaycandakı Səfiri cənab Sergiyo Perez Gunella açaraq qeyd etdi ki, Bakıya gəldiyimdən 3 ay kimi az bir zaman keçsə də, Azərbaycan xalqının ətrafa saçdığı istilik, qonaqpərvərlik və mədəni müxtəlifliyin inkişafına göstərdikləri diqqət sayəsində özümü elə ilk gündən doğma evimdəki kimi hiss etmişəm. Argentinanın müstəqilliyinin 203-cü il dönümünə həsr olunmuş bu möhtəşəm sərgini ərsəyə gətirdiklərinə görə Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün İsgəndərovaya, eyni zamanda Azərbaycan Rəssamlıq Akademyasının rektoru Ömər Eldarova öz dərin minnətdarlığımı bildirirəm. Bu gün biz Azərbaycanlı rəssamlara təxəyyüllərində canlandırdıqları Argentinanı kətan üzərində ifadə edə bilməkləri üçün çox gözəl bir imkan yaratmışıq və bu imkanın bəhrəsi hər iki ölkə arasındakı əlaqəni daha da dərinləşdirməyə xidmət edəcəkdir. Layihə rəhbəri Elnurə İsgəndərova tədbir iştirakçılarını və qonaqları Aygün xanım və öz adımdan salamladı və sərginin məqsədinin Argentina və Azərbaycan arasında mədəni əlaqələrin, dostluğun inkişafına töhfə vermək olduğunu bildirdi. Daha sonra peşəkar rəqqas, pedaqoq İlham Kərimli və Röya Əliyevanın ifasında mükkəmməl, göz oxşayan Azərbaycan milli rəqsi tədbir iştirakçılarına ərməğan olundu. Tədbirdə müxtəlif səfirliklərin səfirləri və nümayəndələri iştirak edirdilər.
Xatırladaq ki, sərgidə 70 rəssam 70 əsəri ilə iştirak edirdi. Və sonda iştirakçılar diplomla təltif edildilər.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
Argentina Azərbaycan Rəssamlarının Gözü ilə- FOTO
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-07-2019, 17:04
Oxunub:186


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti