yüklənir...
yüklənir...

Gənc rəssam Ceyla Bağırovanın ilk sərgisi keçirildi FOTO

01.06.2019-cı il tarixində Beynəlxalq uşaqların müdafiə gününə həsr olunmuş rəsm sərgisi keçirildi.
Sərgidə Ceyla Bağırovanın müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş olundu. Sərgilənən əsərlər gələn qonaqların diqqətini cəlb etdi. Sərgidə müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri, turizm sahəsində fəaliyyət göstərən şirkətlər və müxtəlif dövlət qurumlarından əməkdaşlar iştirak edirdi.
Xatırladaq ki, Ceyla Bağırova uşaqlıqdan müxtəlif mövzularda rəsmlər çəkir. 28 aprel 2019-ci il tarixində Qax rayonu Heydər Əliyev Mərkəzində məşhur oftalmoloq alim, akademik, Zərifə Əliyevanın doğum gününə həsr olunmuş sərgisi keçirilmişdir. 9 May “Holiday İn” otelində ”Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kids Fashion Show 2019” yarışmasında iştirak etmiş və qaliblər sırasında olmuşdur.
Hal-hazırda Ceyla Qax rayonunda orta məktəbdə təhsil alır. Ən böyük arzusu gələcəkdə dünyaca tanınmış bir rəssam olmaq və Azərbaycanımızı dünyaya tanıtmaqdır.
Tədbirdə göstərdikləri dəstəyə görə Rəssamlar İttifaqının fəxrli üzvüləri Aygün və Elnurə İsgəndərovalara xüsusi təşəkkürlərini bildirdilər.
Bizdə “Vetenperverler.Az” sayıtı olaraq bu kiçik rəssama böyük-böyük yaradıçılıq uğurları arzulayırıq.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Gənc rəssam Ceyla Bağırovanın ilk sərgisi keçirildi FOTO
Gənc rəssam Ceyla Bağırovanın ilk sərgisi keçirildi FOTO
Gənc rəssam Ceyla Bağırovanın ilk sərgisi keçirildi FOTO
Gənc rəssam Ceyla Bağırovanın ilk sərgisi keçirildi FOTO
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-06-2019, 20:15
Oxunub:140


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti