yüklənir...
yüklənir...

Azərbaycan “Avroviziya”nın finalında - YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gecə “Avroviziya - 2019” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçirildi.
İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində sayca 64-cü, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə bütün Avropanın diqqətini cəlb edən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalında 10 ölkə - Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə, Malta finala vəsiqə qazandı.
Vetenperverler.Az xəbər verir ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev 18-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış etdi. Çingiz ifası zamanı bir neçə dəfə muğam boğazları edərək mahsına daha da rəng qatdı. Səhnə şousunda möhtəşəm lazer və işıq effektləri Çingizin çıxışını əhəmiyyətli dərəcə də ən güclü nömrələrdən biri etdi.
Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Litva isə yarışı tərk etməli oldu.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-05-2019, 01:39
Oxunub:63


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti