yüklənir...
yüklənir...

İkinci Kitab Festivalı -FOTO

Ümummilli Lider H. Əliyevin 96 illiyi, II Kitab Festivalı və imza günü keçirildi.
Vetenperverler.Az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 96 və Azərkitab Kitab Təbliğatı Mərkəzinin 2 ilinə həsr olunmuş II Kitab Festivalının sərgi-tədbiri keçirildi. Azərkitab Kitab Təbliğatı Mərkəzinin qarşısında təşkil olunan sərgidə 100 rəssamın 100 əsəri və əl işləri nümayiş olundu. Sərgiyə Sumqayıt, Göycay və digər bölgələrdən rəssamlarda qatılmışdır. Onlardan 50 böyük rəssam, 50 uşaq rəssamın çəkdiyi əsərlər və əl işləri idi. Onuda xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin rəssam müəlliməsi Reyhan xanım Osmanovanın kiçik rəssam şagirdlərinin rəsm və əl işləri də nümayiş olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi. Konsertdə Azərbaycan Respublikasının xalq və əməkdar artistləri eyni zamanda bir sıra müğənni və ifaçıları qonaqları öz ifaları ilə təbrik etdilər.
İkinci Kitab Festivalında Qənirə xanım Paşayevanın, Cingiz Abdullayevin, Varis Yolcuyevin, Elxan Elatlının, Rövşən Abdullaoğlunun, Əkbər Qoşalının, Əlibala Məhərrəmzadənin, Natiq Rəsulzadənin imza günü keçirildi.
Tədbirdə bir çox fəxri qonaqlar iştirak edirdilər. Sərgi bölməsinin kuratorları Aygün xanım İsgəndərova və Elnurə xanım İsgəndərova idilər. Sonda rəssamlar Diplomlarla təltif olundular.
Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş 3 tədbirdə fəal iştirak edən rəssamların adlarını sizlərə təqdim edirik.
Müşfiq Səid
Sevinc Kərimova
Fərman Qasımov
Nərminə Vəliyeva
Vüsal Məmmədov
Reyhan Osmanova
Minə Məmmədova
Rəsmiyyə Mahmudova
Nihad Əliyev
Tamerlan Məmmədov
Vüsalə Yunusova
Səadət Cəfərova
Qumral Əhmədova
Afər Fəttahova
İslam Gülmalıyev
Sevinc Hacıyeva
Bənövşə Ağayeva
Fialeta Babayeva
Arzu Məmişova
Xəyalə İsmayılova
Fərdanə Həsənzadə
Misir Maxsudlu

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
İkinci Kitab Festivalı -FOTO
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:9-05-2019, 21:41
Oxunub:350


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti