yüklənir...
yüklənir...

Müasir Azərbaycının memarı

Bu gün Bakı Dövlət Universitetində “Müasir Azərbaycanın Memarı” adlı sərgi-tədbir keçirildi.
Vetenperverler.Az sayıtı xəbər verir ki, layihə rəhbəri Elnurə xanım İsgəndərova və Aygün xanım İsgəndərovaların təşkilatçılığı ilə bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş “Müasir Azərbaycanın Memarı” adlı sərgi-tədbir keçirildi. Əvvəlcə gələn rəsmi qonaqlar sərgidə nümayış olunan əsərlərə baxdılar və rəssamlar çəkdikləri əsərlər haqqında qonaqlara məlumat verdilər. Həmişə olduğu kimi bu dəfə də tədbir-sərgiyə Azərbaycanın bir çox bölgələrindən rəssamlar öz əsərləri ilə qatılmışdılar.
Günün şəkli Kürdəmir bölgəsindən olan rəssam Fərman Qasımovun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi rəsm əsəri oldu və əsər Bakı Dövlət Universitetinin 100 illiyi münasibəti ilə Universitetə hədiyyə olundu. Universitetin akt zalında bir sira Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının, BDU-nin fəxrli məzunlarının, bir sıra rəsmi qonaqların, professor və tələbələrin iştirakı ilə geniş içlas keçirildildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Heydər Əliyevə həsr olunmuş “Səs” media qrupunun hazırladığı video film göstərildi.
Söz BDU-nin rektoru Elçin Babayevə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Siyavuş Novruzova, Hikmət Babaoğluna, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyevə, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova və digər fəxri qonaqlara verildi. Natiqlər öz cıxışlarında BDU-nin 100 illik fəaliyyətindən və BDU-nin fəxrli məzunu olan Müasir Azərbaycanın qurucusu, böyük siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərindən və fəaliyyətindən, onunla bağlı xatirələrindən söhbət açdılar. Sərgidə 45 rəssamın 50-dən çox əsəri nümayış olundu.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Müasir  Azərbaycının memarı
Müasir  Azərbaycının memarı
Müasir  Azərbaycının memarı
Müasir  Azərbaycının memarı
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-05-2019, 21:28
Oxunub:141


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti