yüklənir...
yüklənir...

Mədəniyyət sahəsində Azərbaycan-Macarıstan əməkdaşlıq proqramı imzalandı

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç arasında görüş keçirilib.

Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, nazir müavini Vaqif Əliyevin Macarıstana 3 günlük səfəri çərçivəsində reallaşan görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə edib və mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalayıblar.

Görüş zamanı xanım Orsolya Paçay-Tomaşiç Azərbaycan nümayəndə heyətini salamlayaraq, təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dövlət katibi İnsan Resursları Nazirliyinin mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük nazirliyi olduğunu bildirib. Macarıstan rəsmisi Azərbaycan nümayəndə heyəti ilə görüşün sadalanan sahələr üzrə aktual məsələlərin müzakirəsi baxımından səmərəli olacağına əminliyini bildirib, imzalanması nəzərdə tutulan əməkdaşlıq proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib bir yol xəritəsi olacağını söyləyib. Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox Azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən Dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-04-2019, 11:50
Oxunub:97


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti