yüklənir...
yüklənir...

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR

Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı sərgi-tədbir keçirildi.
Vetenperverler.Az sayıtı xəbər verir ki, Gəncliyə Yardım Fondu, Azərbaycan Rəssamlar İttifaqı Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı sərgi-tədbir keçirildi. Tədbiri giriş sözü ilə lahiyyə rəhbəri, Rəssamlar İttifaqının fəxri üzvü Elnurə xanım İsgəndərova acaraq sərgi iştirakçılarını və qonaqları salamladı. Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, sonra sözü Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənliyə, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Təcimə, Polkovnik, Azərbaycan Bayrağı Ordenli Xətai Baxışova, Polkovnik, Azərbaycan Bayrağı Ordenli Hikmət Ağayevə, “20 Yanvar” İB-nin sədr müavini Mustafa Əliyevə verildi. Natiqlər öz çıxışlarında qonaqları, sərgidə əziyyəti olan kuratorları: lahiyyə rəhbəri Elnurə xanımı, lahiyyənin təşkilatçısı Aygün xanım İsgərovaları, rəssamları, şəhid ailələrini, qaziləri salamladılar. 31 mart Azərbaycanın Soyqırımı günündən, Qarabağda gedən döyüşlərdən və “Aprel zəfəri” haqqında danışdılar və tezliklə belə sərgilərin işğal olunmuş torpaqlarda Şuşada, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Xankəndində, Zəngilanda, Laçında, Cəbrayılda, Ağdərədə, Xocavənddə, Füzulidə keçirilməsini arzuladılar. 31 mart soyqırımından və Günün şəkli rəssam Fərman Qasımovun Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan "Azərbaycan Bayrağı" ordenli, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbu Bəkir Vüqar oğlu İsmayılova həsr etdiyi rəsm əsəri oldu. Onu da xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbu Bəkir Vüqar oğlu İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir rayonunda dünyaya gəlmişdir. 2016-cı ildə Aprel döyüşləri zamanı Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Sonra sərgi açıq elan olundu. Sərgidə təsviri sənətin bütün növləri üzrə müxtəlif yaş qruplarında 50-yə yaxın rəssam 100-ə yaxın işi ilə qatılmışdır. Sərgidə əsasən Milli qəhrəmanlara, şəhidlərə, müharibənin vurduğu zərbələrə həsr volunmuş əsərlər İştirakçılar sonda diplomlarla təltif olundular. Vətənpərvərlər.Az saytının baş direktoru Yeganə xanım Telmanqızı “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı sərgi-tədbirdə media dəstiyinə görə diplomla təltif olundu.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR

TORPAQ,  UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:31-03-2019, 01:06
Oxunub:123


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti