yüklənir...
yüklənir...

Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi

Sərgi 27.03.2019-cı il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində keçirildi.
Vetenperverler.Az xəbər verir ki, Hindistan azadlıq hərəkatının lideri, sülh müdafiəçisi Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin icazəsi ilə “Azərmarka” tərəfindən hazırlanmış Mahatma Qandi poçt markalarının təqdimatı keçirildi.
Tədbir Hindistan Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Respublikası Rəssamlıq İttifaqı üzvlərinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirildi. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvüləri Aygün və Elnurə İsgəndərovanın rəhbərliyi ilə Mahatma Qandinın həyatını əks etdirən 50 rəssamın çəkdiyi portretlər nümayış olundu.
Tədbirdə ilk söz Hindistanın Azərbaycandakı səfiri Şri B.Vanlalvavna verildi. O öz növbəsində sərgiyə gələn digər ölkələrin səfirlərini və qonaqları salamladı və hər birinə ayrı ayrılıqda öz təşəkkürünü bildirdi. Sonra söz Rəssamlar İttifaqının fəxrli üzvüləri və sərginin təşkilatçıları Aygün xanım və Elnurə xanım İsgəndərovaya verildi. Onılarda Hindistan səfirini, fəxri qonaqları, tədbir iştirakçılarını salamladılar və bu günki tədbirə görə hər bir qonağı təbrik etdilər.
Azərbaycandakı səfiri Şri B.Vanlalvavna "Vetenperverler.Az" saytının baş direktoruna sərgi barəsində bunları bildirdi: -Mən bu günki sərgidən çox təsirləndim və bundan da əlavə bu sərginin təşkilində Azərbaycan Rəssamlıq Akademiyasına, Azərbaycan Respublikası Rəssamlıq İttifaqına öz təşəkkürümü bildirmək isdəyirəm. Bu sərginin Qandi ismarıçlarının dünyaya yayılmasında önəmli olmasını düşünürəm. Əlbətddə bu dəfə biz Qandi haqqında sərgi təşkil etdik, lakin biz bütün müəssələrlə, qurumlarla iki ölkə arasında mədəni bağların, əlaqələrin daha da möhkəmlənməsi üçün bu cür sərgilər və tədbirlər tez-tez təşkil olunmalıdı.
Qonaqlara şirə və müxtəlif cür hindistan mətbəxinə aid şirniyyatlar və disertlər təqdim olundu. Sonda 50 rəssama Hindistan səfirliyi tərəfindən sertifikatlar təqdim olundu.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi

Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-03-2019, 01:44
Oxunub:190


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti