yüklənir...
yüklənir...

Tibbin və İncəsənətin Vəhdəti

Həkim və rəssamın sərgisi.
Vetenperverler.Az sayıtı xəbər verir ki, tədbirdə ixtisasca həkim olan Səadət Cəfərovanın 50-dən çox tətbiqi sənət əsərləri və qızı – rəssam, fotoqraf Vüsalə Yunusovanın 30-dan çox rəsm əsəri və 20-dən çox fotoları nümayiş olunacaq. Səadət xanım və Vüsalə xanım uşaqlıq illərindən yay tətillərini, demək olar ki, həmişə Abşeronun Pirşağı bağlarında keçirirdi. Hər səhər gün çıxmamış dənizin sahilinə yollanar, günəşin üfüqdən boylanmasını seyr edərək səhəri qarşılayırdılar.
Səadət xanımın tələbəlik illərindən hobbisi Xəzərin möcüzələrini toplamaq olub. O, qumlu sahildə gəzərək təbiətin ecazkarlığını seyr edir. Xəzərin insanlara bəxş etdiklərininşahidi olaraq, nəzər diqqətini cəlb edən nə olursa-olsun, onların hamısını təxəyyülündə improvizasiyaya məruz qoyur, ona yeni can verərək gələcək əsərlərinin qəhrəmanına çevirirdi. Bu bənzətmələr sonradan sonradan sənət əsərlərinə çevrilmiş və hal-hazırda baş tutan “Tibbin və İncəsənətin Vəhdəti” adlı sərginin ekspozisiyasına daxil edilmişdir.
Vüsalə xanımın hobbisi isə başqa mənzərələrlə yanaşı dənizin hər bir anını fotolarda və rəsm əsərlərində əks etdirməkdir. Dənizin həm sakit, həm də təlatümlü vaxtı onun üçün eyni dərəcədə maraqlıdır. Dəniz Vüsalə xanım üçün bir kosmosdur. O, rəssam üçün kosmik boşluğun maddiyyata çevrilmiş və toxunaraq hiss edə biləcəyi bir kainatdır. Fotodan başqa dənizin sahilində rəsm işləmək də rəssam üçün eyni səviyyədə xoş həyəcanlı və sevimli məşğuliyyətdir.
Əziz oxucu hər birinizi 29 mart 2019-cı il tarıxındə saat 17:00-da Bakı şəhəri Məhəmməd Naxçivani küçəsi1 Azərkitab Kitab Təbliğatı Mərkəzində keçiriləcək “Tibbin və İncəsənətin Vəhdəti”adlı fərdi sərgiyə dəvətlisiniz.
Yeganə Telmanqızı
“Vetenperverler.Az”



скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-03-2019, 09:53
Oxunub:160


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti