yüklənir...
yüklənir...

Bu gün Beynəlxalq Poeziya günüdür

Poeziya, hər şeydən əvvəl, həyat, ondan sonra isə incəsənətdir.
Bu gün Beynəlxalq Poeziya günüdür. Bu günün qeyd olunmasında məqsəd ədəbi janrlardan ən çətini olanı – şeirin oxunması, yazılması, tərcümə olunması, yayılması və öyrədilməsidir. Beynəlxalq Pozeiya Gününun qeyd olunması ilə bağlı təşəbbüs ilk dəfə türk şair Tarık Günersel tərəfindən 1997-ci ildə irəli sürülüb. Bu əlamətdar günün qeyd olunmasında məqsəd milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls verməkdir. UNESCO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında martın 21-i Beynəlxalq Pozeziya günü elan edilib və Mədəniyyət təqviminə daxil edilib.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı nümunələri olan bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq, insanları sevməyə, gələcəyə, həyata səsləyir. Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-03-2019, 22:54
Oxunub:106


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti