yüklənir...
yüklənir...

Novruz-Dostluq Bayramı

Sərgi-tədbir İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin ikinci korpusunda baş tutdu.
Rəsm sərgisində “Vetenperverler.Az” sayıtının baş direktoru Yeganə xanım Telmanqızı Fəxri Fərmanla təltif olundu.
Əziz oxucu 18 mart 2019-cı il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin, Azərbaycan Rəssamlar İtiffaqının dəstəyi ilə keçirilən “Novruz-Dostluq Bayramı” adlı-sərgi tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Elnurə xanım açdı. Sonra söz Xalq Rəssamı Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin müdiri professor Arif Hüseynova verdi. Arif müəllim Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdi, novruz adət-ənənələrindən söhbət açdı. Bu günki sərgi-tədbirin önəmindən danışdı və sərgi-tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.
Sözü Rəssamlar İtiffaqının fəxri üzvüləri, layihə rəhbəri Elnurə xanım İsgəndərovaya və təşkilatçı Aygün xanım İsgəndərovaya verildi. Aygün xanım və Elnurə xanım sərgi-tədbir haqqında geniş məlumat verdilər və bu gözəl bayram münasibəti ilə hər kəsi təbrik etdilər. İranın Azərbaycandakı səfirliyində nümayış etdirilən bu sərgi-tədbirin iki ölkə arasında mədəni təbliğatın çox vacib bir amil olduğundan söz açdılar. Tədbirdə İran musiqiciləri öz ifaları ilə tədbirin qonaqlarını təbrik etdilər. Bədii hissədən sonra rəsmi hissə başladı.
Elnurə xanım İsgəndərova tədbiri işıqlandıran İran televiziyasına və media əməkdaşlarına, Qarabağ qazilərinə, tədbirin rəssam və fəxrli qonaqlarına öz təşəkkürünü bildirdi, qonaqlar Fəxri Fərmanla təltif olundular.
Tədbirdə təsviri və tədbiqi sənətinin bütün növləri üzrə 150 rəssam 200-dən çox işi ilə qatılmışdır. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar iştirak edirdilər.
Sonda iştirakçılar diplomlarla təltif olundu.
Layihənin rəhbəri Elnurə xanım İsgəndərova, təşkilatçı Aygün xanım İsgəndərova idilər.

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Novruz-Dostluq Bayramı
Novruz-Dostluq Bayramı
Novruz-Dostluq Bayramı
Novruz-Dostluq Bayramı
Novruz-Dostluq Bayramı

Novruz-Dostluq Bayramı
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-03-2019, 22:48
Oxunub:227


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti