yüklənir...
yüklənir...

Bu gün bəstəkar Elza xanım İbrahimovanın doğum günüdür.

Elza İbrahimovanın mahnıları XX əsrin şedevir mahnılarıdır. Dinlədikcə sanki “Sehrli musiqi dünyasına səyahhət edirsən”.

Elza xanımn fitri isdedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmış bəstəkarlardandı.
1938 – ci il yanvarın 10 da soyuq bir qış günündə Hacıqabul şəhərində İmaməddin kişinin evində bir qız dünyaya göz açır. Kicik yaşlarından balaca Elzanın musiqiyə böyük həvəsi olur və bu həvəs onu Bakı şəhəri 8 saylı musiqi məktəbinə gətirib çıxarır. Onun atasının ən böyük arzusu qızını pianoçu görmək idi. 1957-ci ildə Elza A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinifini bitirir və 1958-ci ildə Azərbaycan Dövlət Konservatoryasınn bəstəkarlıq şöbəsinə daxil olur. Əvvəlcə Cövdət Hacıyevdən sonra isə Qara Qarayevdən dərs alır. Onun diplom işi fortepiano və orkestr ücün konsert müəllimi Q.Qarayev və maestro Niyazi tərəfindən qiymətləndirilir.
Azərbaycan və Dağıstann xalq artisti fəxri adlarına layiq görülmüş Elza İbrahimova deyirdi ki, “Gözəl musiqi insanı ovsunlamağa qadirdir.” Onun mahnıları hərəsi bir insan taleyidi, hərəsi bir Azərbaycan təbiyətidi demıkdir. Bəstəkarın yaradıcıılığı təkcə mahnı janrı ilə məhdudlaşmayıb. 50- ildən atrıq bir dövrü əhatə edən zəngin yaradıcılğı mahnıdan oratoryayadək, musiqinin müxtəlif janrlarıını əhatə edib. O mütamadə olaraq kamera janrına müraciət edib: simfonyalar, simfonik poema, oratorya, vokal inistrumental kamera əsərləri, fuqalar,fortepiano ücün sonata,romanslar,netçilər himni, ”Afət” operası,”Qarabağ” faciəsini əks etdirən muğam üzərində yazılmlş “Yanan laylalar” operası, Azərbaycanın milli qəhrəmanları Salatın Əsgərovaya və Təbriz Xəlilbəyliyə həsr etdiyi rekveym, dram tamaşalarına, bir cox kino filmlərə musiqi yazmışdır. Elza xanımn fitri isdedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açdı həmkarlarınıın qiptə etdiyi səviyyəyə uçaldı. Elza İbrahimovanın böyüklüyü nədədi? Onun mahnılarında muğam ladında muğama yaxın sırf dəsti xət var. Avropa musiqisi ilə milli musiqinin sintezi var. Elza xanım Azərbaycan musiqisinə tanqo ritmini gətirən ilk bəstəkarımzdır.
Onun mahnılarıında melodiyalarla yanaşı dərin bir sükut duyulur, susarax demək isdədiklərini ruhuna axan nəğmələrin səsi ilə çatdırır.Onun sükutu ilə yaranan əsərlər sözün əsl mənasında təkrarsız və əsrarəngizdir. Elza xanimın mahnılarında sevgi hisslərinə yüksək səviyyədən yanaşma var və ona görə bu mahnılar daima yaşayaçaq. Bu mahnılarda Azərbaycan dilinin melodiyası var, yəni o dilin intonasiyası var, ahəngi var. Elza İbrahimova Azərbaycan musiqisində öz sözünü demiş oz imzasını yazmış və daim yaşayan bəstəkarlar sırasındadı. Onun mahnıları artıq yaşayır, istər klassiklərimizin ifasında, istər gənclərimizin ifasında.O ela bir janrda yazıb ki,bu janr daim xalqımızın arasında yaşayacaq-Mahnı daim sevilir və həmişə tələb olunan bir janrdı. Elza İbrahimovanın sevilməyən mahnısı yoxdur.Elza xanim mahnı janrında lövhə usdası idi.O, musiqisi ilə misralara can verirdi. Elza xanim bu dünyaya nəməlum qadın kimi gəldi və nəməlum qadın kimi də getdi, heç danışmadı, heç görünmədi heç vaxt! 2012-ci il fevralın 11 də 74 yaşında dünyasını dəyişdi və əbədi dünyaya qovuşdu. Mahni bəstəkarı kimi adını Azərbaycan musiqi tarixinə yazdı.
Bu gün onun 81 yaşı tamam olur.Yeni yaşın mübarək Elza xanım.

Yeganə Telmanqızı
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:10-01-2019, 00:43
Oxunub:33


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti