yüklənir...
yüklənir...

Aleksandr Dümanın Qafqaza səyahəti zamanı, Şamaxıya və Şəkiyə səfərləri haqqında çəkdiyim rəsm əsərləri

Gənc rəssamın fikirləri
Dünya-şöhrətli görkəmli fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahəti 1858-1859-cu təsadüf edilir. O, Peterburqa gəlmiş, Moskvada olmuş, sonra isə Nijni-Novqorod, Kazan, Saratov, Həştərxan istiqamətində uzun bir məsafə qət edərək, qədim Azərbaycan ərazilərindən olub, Dərbəndi gəzmişdir.Oradan cənuba istiqamət götürən ədib Qubada, Bakıda, Şamaxıda və Nuxada, sonra isə yenə etnik azərbaycanlı icmasının çox geniş yayıldığı Gürcüstan ərazisində, Tiflisdə olmuşdur.Düma ilə birgə fransız rəssamı Jan Pyer Muane də gəlmişdi, həmin rəssam ərazilərin, məkanların təsvirini kağıza köçürürdü.

Dünya –şöhrətli görkəmli fransız yazıçısı Aleksandr Düma, Qafqaza səyahəti zamanı, hətta Azərbaycanın ən zəngin və ən qədim şəhərlərindən biri hesab edilən, Azərbaycanın keçmiş paytaxtı Samaxıya səfər etmişdir.Şamaxıdakı məşhur musiqi salonunun təşkilatçısı və sahibi Mahmud Ağa, A.Dümanın gəlişindən xəbər tutan kimi ona xüsusi dəvətnamə göndərib öz evinə şam yeməyinə və rəqqasların və rəqqasələrin də iştirak edəcəyi məclisə çağırması və yazıçının bu dəvəti qəbul edib həmin mədəniyyət ocağına gəlməsi XIX əsrin ortalarında qədim Şirvan torpağındakı mədəniyyətin, incəsənətin yüksək səviyyəsindən xəbər verməklə, həm də sözü gedən çağlarda mövcud olan Azərbaycan-Fransa mədəni əlaqələrinin qiymətli faktlarından biridir.Bazarda gəzərkən yazıçıya bir dəvətnamə təqdim olunur, Şamaxının ən dövlətli bəylərindən sayılan Mahmud Ağa şam yeməyinə və rəqqasələrlə rəqqasın iştirak edəcəyi ziyafətə dəvət edir.
Həmin bu çəkdiyim rəsm əsəri , Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Şamaxıya səfər etdikdə, Mahmud Ağanın evində qonaq olmasını əks etdirir. Yazıçı Mahmud Ağanın evinə çatdıqda bildirmişdi ki, Mahmud Ağanın evi, Şərq üslubunda tikilmiş bu mülk Dərbənddən Tiflisə qədər gördüyü evlərin arasında ən yaraşıqlısı idi.Əsərdə, Aleksandr Düma, Mahmud Ağanın qonağı olduqda, Ağanın evində Şamaxının o cümlədən qonşu rayonlardan gələn bəy qonaqları da təsvir olunub. Aleksandr Düma, Mahmud Ağanın xüsusi qonağı olduğu üçün, onunla birgə masa arxasında əyləşib. Rəsm əsərində uçüncü bir stul boş görünür. Həmin stul, yazıçıyla birgə səfər edən rəssam Jan Pyer Muane üçün olduğunu bildirir. Həmin rəssamın, öz kağızında rəsm çəkmək məqsədilə, yerini dəyişdiyi göstərilib. Mahmud Ağa, Azərbaycan şirniyyatı və digər nemətlərindən ibarət olan çay süfrəsinin təşkil etdiyi göstərilib. Həmin bu rəsm əsərində “Şərq Rəqsi” səhnəsini təsvir etmişəm. Həmin bu səhnə iki rəqqasə və bir rəqqas oğlandan ibarətdir. Həmin vaxt bütün Şamaxıda cəmi ikirəqqasə və bir rəqqas oğlan qalmışdı: iki qadın və bir balaca oğlan. Nisə, Sona və Hikmət. Əsərdə ki rəqs edən balaca oğlan, Hikmətini olduğunu bildirir, onunla rəqs edən qadın Nisə, dəf çalan xanım isə Sonanın olduğunu bildirir. Qonaqlar qızılı rəngli güllərlə naxışlanmış tül üzlüklü ipək döşəkçələrə söykənib oturmuş şəkildədirlər. Tül üzlüklər döşəkçələri daha yaraşıqlı və incə göstərirdi. Yerli rəqsi ifa etmək üçün xüsusi musiqi dəsgahının lazım olması üçün, beş musiqiçinin oturduğu görünür (ud, tütək, təbil, kanon və qaval ifaçıları).Musiqiçilərin arxasında divardan asılmış tar və qaval, Mahmud Ağa tərəfindən hazırlatdırılmış tar və qabaldır. Tarzən Sadıqcan üçün qızıldan tar, Cabbar Qaryağdıoğlu üçün isə qızıldan qaval.Mahmud ağa dövrünün məşhur xeyriyyəçilərindən olub. Başqa milyonçulardan fərqli olaraq, o, muğam və muğam ifaçılarının inkişafında əvəzsiz xidmətlər göstərib. Məhz onun sayəsində xanəndələrin bir çoxu ustad səviyyəsinə qalxıb.
Rəsm əsərində, Mahmud Ağanın evindəki məclis otağında xalçalar və vərnilər çəkilib. Həmin xalçaların və vərnilərin, Mahmud Ağaya hədiyyə olunan xalça və vərnilərdan olduqları bildirilir. Döşəməyə üç yanaşı sərilmiş xalçalar, XIX əsrin Şirvan xalaçalarıdır. Iki bəylərin arxasında kı xalça, XIX əsrin Quba xalçasıdır. Musiqiçilərin arxasında kı xalça, XIX əsrdə Qarabağda hazırlanmış Çələbi xalçasıdır. İki bəylər və musiqiçilər üçün təşkil olunmuş süfrələr, XVIII əsrdə hazırlanmış Quba xalçalarının üzərindədir. Vərnilər isə Qarabağ vərniləridir.
Göründüyü kimi, qonaq otağıda iki pəncərə var və həmin pəncərələrin yuxarısı şəbəkəlidir. Pəncərədən görünən mənzərə, Şamaxının kəndərinin mənzərəsidir. Həmin mənzərə günortadan sonrakı görünüşə malik olan mənzərədir. Rəsm əsərində balaca çayçı oğlanda təsvir olunub, onun musiqiçələrə və qonaqlara çay aparması bildirilir. Çəkilmiş saat, Aleksandr Dümanın Mahmud Ağaya hədiyyə etdiyi zəngli divar saatıdır.

Görkəmli fransız yazıçısı Aleksandr Dümanın XIX əsrin ortalarında 1859-cu ilin martında Şəkidə olmuşdur. Bildirilmişdir ki, Şəkiyə səfəri yazıçıda dərin təəssürat buraxmışdır.O, şəhərin qədim yaşayış məhəllələrini gəzmiş, Şəki xanlarının sarayında, Aşağı Karvansarayda olmuş, bazarda alış-veriş də etmişdir. Yazıçı Şəkinin o zamankı tanınmış ziyalılarından olan Şəmsəddin Əbdülqəni Əfəndi Nuxəvinin evində qalmışdır. Şəki ilə tanışlıqdan sonra Aleksandr Düma Peterburq və Moskva haqqında təəssüratların artıq onun üçün çox maraqsız olduğunu bildirmişdir. Şəkinin gözəlliyinə heyran olan yazıçı bunu söyləmişdir: ”Xudaya,sən özün bu gözəl tarixi abidəni yadellilərdən qoru.” Şəki gözəlliyinə vurulan Aleksandr Düma qeyd etmişdir ki, “Mən ikinci dəfə həyata gəlsəydim, yaşamaq üçün Şəkini seçərdim”. Həmin bu rəsm əsərinin adı, Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Şəkiyə səfəri. “mən ikinci dəfə həyata gəlsəydim, yaşamaq üçün Şəkini seçərdim”. Rəsm əsərində göründüyü kimi, yazıçını Nuxa qalası ətrafında təsvir eləmişəm. Göründüyü kimi, yazıçı Şəki təbiətinə diqqətlə baxır və təbiətin gözəlliyinə heyran olur. Aşağıdakı rəssam, Aleksandr Dümayla səfərə gələn fransız rəssamı Jan Pyer Muanedir. Həmin rəssamı təbiəti çəkən vəziyyətdə təsvir eləmişəm. Yolda, aralıda dayanmış fayton və faytonda faytonçunun mənası, yazıçının və rəssamın həmin faytonda gəldiyi bildirilir. Qoca kişi, qoca qadın, üç uşaqların mənası, yazıçı A. Dümanın və rəssam Jan Pyer Muanenin əcnəbi qonaq şəklində gəldikləri haqqında xəbər tutduqları və Nuxa qalasına tərəf yaxınlaşıb həmin bu qonaqları görmək məqsədiylə yaxınlaşdıqları bildirilir. Uşaqların yanındakı it isə, həmin uşaqların ailəsinin saxladığı it və onu gəzdirməyə çıxardıqları mənasını verir.
Gənc rəssam Nihad Əliyev

Aleksandr Dümanın Qafqaza səyahəti zamanı, Şamaxıya və Şəkiyə səfərləri haqqında çəkdiyim rəsm əsərləri

Aleksandr Dümanın Qafqaza səyahəti zamanı, Şamaxıya və Şəkiyə səfərləri haqqında çəkdiyim rəsm əsərləri
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-07-2019, 19:39
Oxunub:291


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti