yüklənir...
yüklənir...

Fiziki qüsuru mənim həyat eşqimi azaltmadı

Mən dünyadakı ikinci qadınam ki, bu xəstəliklə həyata saglam usaq gətirirəm.
Mən kiməm?
Mən 1987-ci ildə Azərbaycanın səfalı rayonlarının birində ziyali ailədə dunyaya gələn hal-hazirda ailəli bir qiz usağına sahibi, Çiçək adlı (adımı şərti olaraq yazıram) bir xanımam. Həyatın heç bir şeyini anlamayan, gələcək həyatımda məni nələr gozlədiyini bilməyən məsum və çox gözəl bir uşaq olmuşam.Xəstəliyimdən belə xəbəri olmayan bir uşaq!!! Dünyaya gəldikdən 17 gün sonra bələkdəykən bədənimin bəzi hissələrində qırıqlar ortaya çıxdı.Valideynlərim məni həkimlərə götürsələrdə heç kimsə heç bir şey anlamırdı.Qırıqları sadəcə gibsə qoyub evə gondərirdilər. Gibs açıldıqdan sonrada, ortaya xoşagəlməz formalar çıxırdı. Mən kiçik qızcığaz idim, heç bir şey dərk etmirdim. Lakin böyüdükcə ətrafımda hündür ayaqqabılarda gəzən qızları gördüyümdə köks ötürürdüm və içimdən çox pis olurdum. Qulağımda silinməz qonşu qızının mənə “TOPAL” deməsi-o anda qaçaraq evə gəlib atamın qucağına atılaraq “ata qurban olum məni əməliyyat etdir” deməyimi heç unutmuram. Bu qırıqlar məndə 7 yaşıma qədər davam etdi, bəlkə ağlınıza gələr ki artıq düzəldim. Xeyr... belə bir möcüzə olmadı, əksinə yaş artıqca ortaya bilinməyən köhnə qırıqlar çıxmağa basladı. 2011-ci ildə Rusiyada yasayan əslən azəri olan travmatoloq ortoped həkimlə tanış oldum. Diaqnoz olaraq mənə OSTEOPAROZ diaqnozu qoyuldu. Hər il, hətdda hər gün bəzi agrılarla qarsılasdım amma metobalizmam o qədər qüvvətlidirki və məndəki qeyri-adi güc o ağrılara qalib gəlirdi. 2014-cü ildə onurgamdaki fəqərələrdə yenə qırıqlar aşkar olundu artıq iki korsetlə yaşayan biri xanım oldum.
Qolumda və ayagımda problemlerim var idi, amma bu mənim nə yeriməyimə, nədəki iş görməyimə əngəl deyildi. Özum ali təhsilli muəlliməyəm və 2005-ci ildə problem olan qolum və barmaqlarımla komputerdə işləyirdim. El arasında bir məsəl var: “Allah bir yandan alanda ,o biri tərəfdən verir”. Çünki, yaradan məni güclü bir insan, məntiqli düşünməyi, hətdda kicik cizma qaralar edən bir istedad verib.
Bu illər ərzində Turkiyə daxil olmaqla o qədər həkimlər və xəstəxanalar gəzdimki. Bəzən elə gerçəklərə rast gəldimki dilim quruyur, söyləməyə sözdə tapmıram...
Gördüklərimdən, insanın yaşamaq, başqalarına faydalı olmaq üçün göstərdiyi cəhdlərdən duyğulanıram, malik olduğum əllərimə, ayaqlarıma, dilimə, gözümə, qulağıma görə nə qədər şükr etməli olduğuma bir daha anlayır və bunların haqqını vərə bilib-bilməyəcəyimin narahatlığı, qorxusu içinə düşürəm. Görəsən, heç olmasa onlardan məhrum olan insanları görəndə bu fikir keçirmi ağlımızdan??? Yoxsa əksinə, onda yox olub, səndə var olan görən gözün, yeriyən ayağın, vuran əlin olduğun üçün qürur duyursan? Yaxud bu da bəs deyilmiş kimi yanımızdan ötən əlilə söz atmaqdan, gülməkdən də qalmırıq?!
Mən 32 ildi ki, bu xəstəliklə mubarizə aparıram və ona tam qalib gəlməsəmdə ozumu qalib hiss edirəm cunki, mən bu xəstəliklə dunyaya saglam bir qiz övladı gətirmisəm. Buna Tanrı möcüzəsi deyərdim. Qızımı bətnimdə hiss etdiyimdə artıq onun ürək döyüntüləri vardı. Həkimə problemimi danisdım, Oda mama-ginekoloq, ortoped nəzarətində bu usaq dunyaya gələ bilər dedi. Mən Allahıma çox güvənirəm və inanıram. Məni 32 ildə yasadan Allahım mənə saglam övlad bəxş edəcəyinədə inanırdım. Mən onun ürək döyüntülərini duyduğum anda istər istəməz axan gozyaslarımla “mən hansi halda oluramsa olum səni bu həyata gətirəcəm qızım “ dedim... Ailəmdə mənim xəstəliyimə gorə çox narahat idilər, təbii ki, atama, anama, həyat yoldaşıma mənim saglamlığım önəmli idi. Mən isə bətnimdəki xəstəliyimi yasadığıma görə bətnimdəki körpəni çox testlərdən keçirtdim və sonda gözəl bir nəticə körpə mənim xəstəliyimin hec bir hissəsini daşımır. Əslində bu bir mocuzə idi... Mənə nəzarət edən mama- ginekoloq araşdırdı və mən dünyadakı ikinci qadınam ki, bu xəstəliklə həyata saglam usaq gətirirəm. Çox sevindim demək mən qızım üçün özəl bir anayam!!!
Övladım böyüdükcə mən bu xəstəliyimə görə arabada yada yataqda olan bir ana ola bilərəm. Bəlkə mənim xəstəliyimdən utana bilər. Amma mən onun utanmasını deyil mənimlə fəxr etməsini istəyirəm. Çünki, mən onu yasatmaq və dünyaya gəlməsi üçün hər bir əzaba qatlaşdım. Qızım tək mənim möcüzəm deyildi, məni istəyənlərində möcüzəsi idi. Məni istəməyənlərin, arxamca “o xəstədir onun övladı ola bilməz” deyənlərin goz dağıydı. Hal-hazırda 32 yasım var ayaq üstə olduğum üçün çox həkimlər şoktadır, çünki onurğası bərbad olan bir xəstəyəm. Hətdda gülürəm, danışıram və əsasıda kompleksim yoxdur. Heç kimə xəstəliyim olduğunu hiss etdirmirəm. Məni tanıyan hər kəs məni gülərüz kimi tanıyır, loru dildə dəsək ARSIZAM. Əslində arsız dəyiləm, sinəmin icində, qəlbimdə elə fırtınalar qopurki onu heç kəs bilmir və görmür.
Bu gün nəfəs aldigim bir səxs var ATAM o qocalır mən Ulu yaradana yalvarıramki mənə görə onu yasat. Dayağım həyatımı paylasdığım həyat yoldasım və canımdan can olan qızım var. Üç insan ucun ayaq üstə durmağa calışıram və onlara görə ağrılara qalib gəlirəm.
Bəzən canımda elə agrılarım olurki özümə qəsd etməyi belə düşünürəm amma qarşımı kəsən QİZİM var. Hər an mənə sarılaraq ana ağlama dəməsi sanki mənə qalx bəsdi ailən , valdeynlərin səni səvənlərə görə yaşa deyir.
Əslində bu yazını yazmaqda məqsədim odur ki, adından fərqli olaraq hər hansı bir xəstəliyi dasıyan, qızlara, analara, qardaşlara və usaqlara bir sözüm var. Ağrılarımıza qalib gələrək, sağalmağımıza inanmalıyıq! Bu gün sənin fiziki qüvvən varsa demək sən xəstə dəyilsən. Əgər biri sənə xəstə dəyirsə bilki xəstə onun özüdür. Bir məqam dəqiqdir ki, bizim kimi insanların köməkdən daha çox qayğıya ehtiyacı var.
Qələmə alan müəllifdən: Mən adı şərti olan Çiçək xanımı bir necə ay əvvəl tanımışam. O qədər gülərüz, həyat sevər, ailəyə, övladına, valdeynlərinə bağlı bir xanımdır ki, heç hiss etməmişəm ki, o xanım bele bir xəstəliklə yaşayır. Çiçək bacım həmişə belə həyatsevər olaraq yaşa. Yaşa səni sevənlər və sevməyənlər üçün. Allah bütün xəstələrə şəfa versin. AMİN.

Çiçəkскачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-05-2019, 00:58
Oxunub:94


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti