yüklənir...
yüklənir...

İmtahandan bal toplaya bilməyən şəxs hansı keyfiyyətinə görə məktəb ditektoru olur - Etibar Toğruluın dördüncü yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bugünkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.
(DÖRDÜNCÜ HİSSƏ)
Ötən üç yazımda Ağdam təhsilində şagird çatışmamazlığı ilə üz-üzə qalan və buna görə də maşınla uzaq ərazilərdən şagird gətirib güc-bəla ilə "məktəb"i saxlayan və bir ərazi vahidliyində 4 məktəbin cəmi 25 nəfər 11-ci sinifi olması və həmin 11-cilərə dərsin keçirilməməsi barədə yazmışdım. Hətta bu məktəblər qanunsüz "fəaliyyətləri" nəticəsindı dövlət büdcəsinə nə qədər vəsaiti göyə sovurmalarınıda rəqəmlərlə qeyd etmişdi. Bu barədə yazımda 10 saylı Ərazi Maliyyə Hesablamaları Mərkəzinin Ağdam rayonu üzrə baş mühasibi Valeh Kərimovun rəsmi məlumat verməsini bir başa vəzifə borcu olduğunuda diqqətinə çatdirmişdim. Lakin, hələki Valeh Kərimov susur. Bu da o deməkdi ki, mənim göstərdiyim rəqəmlər qəsdən mənimsənilir. Ötən yazımda Ağdam rayon Əfətli kənd ərazi vahidliyində 4 tam orta məktəbim 11 -ci siniflərində ümumilikdə 25 şagird var. Bu şagrdləri isə birləşdirib bir sinif etmək və bunun muqabilində ildə dövlət büdcəsinin 40 min manat vəsaitə qənaət etmək görünür səlahiyyət sahiblərinə sərf etmir. Əfətli kənd Ətazi Vahidliyinin ərazisində yerləşən dörd orta məktəbdən Həsənxanlı kənd tam orta məktəb haqqında bir iki kəlmə yazmaq istərdim. Əvvəla onu qeyd edim ki, bu məktəbin direktoru Sevinc Quliyeva üç dəfə direktorların işə qəbul imtahanında iştirak etsədə lakin tələb olunan balı toplaya bilməyib. Sual olunur, Sevinc Quliyeva ilə hörmətli təhsil nazirimizi hansı tellər bağlayır? Sevinc Quliyevanı müdafiə edən gözə görünməz qüvvələr kimlərdi? Bəlkə Sevinc Quliyevanın ana tərəfinin düşmən millətdən olması ona kömək edir? Bunu da araşdırarıq. Onu da qeyd edək ki, həmin məktəbin təsərrüfat müdiri hal hazırda Bakıda yaşadığı üçün onu atası əvəz edir. Buda Azərbaycan Respublikası Əmək Məcəlləsinin kobud sürətdə pozulması deməkdi. Bundan başqa isə məktəbin 10 və 11 -ci sinif şagirdləri Bakıda yaşayaraq hazırlıq kurslarına gedirlər. İndi isə keçək başqa bir məktəbə. Bərdə rayonundaki məcburu köçkünlər qəsəbəsindəki Ağdam rayon 1 saylı köçkün tam orta məktəbində 2018-ildə Təhsil Nazirliyinin Audit İdarəsi təftiş aparmışdı. Təftişın nəticələri o qədər acınacaqlı oldu ki, həmin məktəbin ditektoru Çimnaz Kərimovanın dərhal vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edildi. Uzun illərin təcrübəsini özündə birləşdirən Çimnaz Kərimova 2018-2019 cu tədris ili başlamazda əvvəl bir ay Bakıda oturaraq, Təhsil Nazirliyində özünə day-dayı taparaq və nə az, nə çox 13 min manat "tərlədikdən" sonra öz vəzifəsində qaldı. Belə məktəb direktorları çoxdur və bunlar barəsində yetərincə məlumat verəcəyik. Artiq dörd araşdirma yazısı ilə çıxış edirik qarşınızda. Bu yazılar barəsində Ağdam təhsil işçilərindən çox adam narahat olub. Ancaq ən çox narahat olan şəxs Ağdam rayon Təhsil Şöbəsinin Meto Kabinetin (təhsil işçiləri arasında med kombinant adlanan) müdiri Əhməd Rüstəmov çox həyacan keçirdib. Əslində onun həyacanının səbəbini anlayiram. Beləki, bu Əhməd əkə bu yaxınlarda Bakı və Sumqayıtda fəaliyyət göstərən Ağdam köçkün məktəb (Əslində o məktəblərin heç birinə luzum yoxdu.) Direktorları ilə görüş keçirtmiş və guya öz metotik tapşırıqlarını vermişdi. Həmin xəbər yayılanda məndə yazdımki, "Görən bu görüşün pərdə arxası məqsədi nədi? Axı Əhməd əkə Quzanlıdan boş boşuna Bakıya gəlməz." Bax mənim bu reblikam Əhməd əkəni o qədər narahat edibki, Təhsil Şöbəsinin pilləkənlərini öz-özünə danışa-danışa düşüb qalxır. Hətta deyirlər ki, gunortalar iş otağında mürgüləyəndə sayıqlarir. " Yox, ta almaram, nəyimə lazım, mən özümə cavabdehəm, daha nələr, nələr...
" Əhməd əkə bilirsiz niyə belə yuxusun qarışdırır? Çünki o yaxşı bilirki Bakıdakı məktəb direktorlarının bəziləri ilə ikilikdə etdiyii söhbəti mən yaxşı bilirəm. Hətta audi səs yazılarınında məndə olduğunu Əhməd əkə çox gözəl bilir.
Yeri gəlmişkən bir fikirdə söyləyim. Mənə elə gəlir ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının təhsilə "baxan" müavini (vəzifənin əzəmətinə bax ey) Ağa əkə ilə, bu Əhməd əkənin çox oxşarlığı var. Qohum deyillərki? Bilən varsa yazsın.
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu?
Bizi izləyin!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:22-05-2019, 16:20
Oxunub:575


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti