yüklənir...
yüklənir...

Dövlət büdcəsini talayan təhsil müəssisələri və ya buna göz yuman dövlət məmurları - Etibar Toğrulun üçüncü yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bu günkü acınacaqlı durumu barədə geniş araşdırmalarını davam etdirir.
(ÜÇÜNCÜ HİSSƏ)
Ötən iki yazımda Ağdam təhsilində şagird çatışmamazlığı ilə üz-üzə qalan və buna görə də maşınla uzaq ərazilərdən şagird gətirib güc-bəla ilə "məktəb"i saxlayan və buna görə dövlət büdcəsinə milyonlarla ziyan vuran məktəblərin bəziləri barəsində məlumat vermişdim. Dünən isə Ağdam rayonunun bir ərazi vahidliyində 4 tam orta məktəbin fəaliyyəti nəticəsində heç bir luzum olmadan hər məktəbdə 4-5 nəfərlik 11-ci sinifləri saxlamaqla il ərzində dövlət büdcəsindən əlavə olaraq 40 minə yaxın vəsait göyə sovrulur. Bunun olmaması üçün mən dünənki yazımda təklifi vermişdim.
Ancaq mənim bu təklifiim Ağdam rayonunun adı çəkilən Əfətli, Hacıturalı, Həsənxanlı və Hacıməmmədli kənd tam orta məktəblərinin direktorlarına heç cür sərf etmir. Xatirladım ki, bu dörd məktəb bir ərazi vahidliyinin tərkibində yerləşir. Ona görə sərf etmirki 4-5 şagird olan 11-ci sinifdə şagird sayını suni sürətdə artıraraq fakultətif məşğələlər və fiziki hazırlıq dərs saatlarıda əlavə edirlər ki, bunlarda keçirilmir və dövlət büdcəsinə əlavə xərcin ödənilməsi deməkdir.
Mən Təhsil Nazirliyinin 10 saylı Ərazi Hesablamaları Mərkəzinin rəhbərliyindən və həmin mərkəzin Ağdam rayonu üzrə baş mühasibi Valeh Kərimovun bu barədə mövqeyini gözləyirəm.
Bu yaxınlarda Ağdam rayon İcra Hakimihyyətinin təhsil sahəsinə "baxan" müavini Ağa Zeynalov həmin 4 məktəbə öz aləmində baxış keçirdib. Onun baxış keçirdiyi vaxt 4 məktəbin hər birində 11 - ci siniflərdə dərs keçirilmirmiş. Ancaq təhsilimizə "baxan" Ağa Zeynalov öz iş pirinsipi ilə hərəkət edib. Yəqinki hər şey aydın oldu.
Bir ərazi vahidliyinin 4 məktəbi dövlət büdcəsinə ildə 40 min manat ziyan vurur, başçının müavini də buna göz yumur. Ancaq dövlət tərəfindən ona verilmiş koltuqda elə yayxalanıb otururki, elə bil Qarabağın pambıq bəylərindəndir.
P.S Araşdırmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu Bizi izləyin!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-05-2019, 13:42
Oxunub:269


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti