yüklənir...
yüklənir...

Dövlət büdcəsin talayan təhsil müəssisələri - Etibar Toğrulun ikinci yazısı

Tanınmış jurnalist Etibar Toğrul "Təhsil islahatları" qrupunda təhsilimizin bu günkü acınacaqlı durumu barədə geniş araşdirmalarını davam etdirir.
(İkinnci HİSSƏ)
Ötən yazımda Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində olan və şagird kandgenti olmayan məktəblərin bəzisi haqqında məlumat vermişdim. Belə məktəblər dünənki yazımda qeyd etdiklərimlə bitmir. Sabahkı yazıda digər şagird kardigenti olmayan məktəblər barəsində araşdirma yazımı təqdim edəcəm.
Bu dəfə isə bir kənddə 4 tam orta məktəbin fəaliyyətinə nəzər salacayıq. Beləki Ağdam rayonunun Əfətli, Hacıturalı, Həsənxanlı və Hacıməmmədli kənd tanm orta məktəblərinin buraxiliş suniflərinin real vəziyyətini diqqətinizə çatdıracam.
Demək, bu məktəblərin hər birində 4-5 11 ci sinif şagirdləri var. Əlavə fakultətim məşğələlərin yazılması və sinifi qorumaq üçün uzaq şəhərdən uşaqların şəxsi işlərini məktəbə gətirib guya bu məktəbin şagirdidi. Uşaq isə Bakıda, Sumqayitda və digər şəhərlərdə hazırlıq kursuna gedir. Həmin hazırlıq kurslarında mənimsədiklərinin nəticəsi olaraq ali məktəbə qəbul olur, nəticə isə həmin kənddəki məktəblərin aktivinə yazılır. Həlbuki heç o məzunlar atestatlarını hansı məktəbdən aldıqlarından belə bixəbərdilər.
Ancaq bu saxtakarlıqlar olmasın deyə və dövlətdən əlavə vəsait cəlb edilməməsi üçün bu 4 dörd məktəbin 11-ci lərini bitməsi nəticəsində 20-25 şagirdlik sinif yaranır. Hər güclü müəllimləri bu sinifə cəlb etməklə tədrisin keyfiyyətində bu yolla artirmaq olar. Eyni zamanda nəzərə alsaqki əgər hər məktəbdə bir 11-ci sinif varsa o məktəbə müəllimlərin əmək haqqıısının ödənilməsi üçün ayda 990 manat, ildə isə 11.880 manat vəsait edir. Əgər Əfətli kənd ərazi nümayəndəliyindəki 4 məktəbin 11-ciləri bir məktəbdə bir sinifdə birləşdirilsə hər ay dövlət büdcəsinən 2970 ildə isə 35.640 manat vəsait göyə sovrulur. Yenə təkrar edirəm 35 min manatdan artıq vəsait tək bir ərazi vahidində yerləşən məktəblərdən gedir. 10 saylı Ərazi Hesablamaları Mərkəzinin Ağdam rayon Təhsil Şöbəsi üzrə baş mühasibi Valeh Kərimov bu məsələ barəsində Ərazi Hesablamaları Mərkəzinin rəhbərliyi qarşısında məsələ qaldırsa yerinə düşər.
Təhsil müəssisələrində büdcə vəsaitinin dağıdılması halları o qədər çoxdu ki, onları bir yazıya əhatə etmək olmur.
P.S Araşdirmanı davam edəcəm. Daha hansı məktəblərin fəaliyyətinə bu gün luzum yoxdur? Hansı təhsil müəssisələri büdcəni talamaqla məşğuldu?
Bizi izləyin!

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-05-2019, 17:21
Oxunub:246


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti