yüklənir...
yüklənir...

Aktyor əbədiyyətə qovuşanda - Etibar Toğrul yazır

Aktyorun ölümü çox təsirli oldu...
Aktyor peşəsi peşələrin ən çətini və ən zəhmətli peşəsidir. Özünü aktyor sənətində tapan hər bir kəs onu gözləyən çətinlikləri, əzabları, bir qarnı ac, bir qarnı tox yaşamağı, şəxsi həyatdakı uçurumları, bəzən isə biganəlikləri göz önünə alır. Eyni zamanda aktyor öz peşəsinə o qədər vurulur ki, qarşılaşdığı bütün çətinliklərə, əzablara və şəxsi faciələrinə belə sinə gəlməyi bacarır. Aktyor həmişə ümudlə yaşayir. Yeni obrazlara dəvət alması, tamaşası alqışlarının bol olması və dövlət təltiflərinə layiq görülməsi ümüdü ilə... Aktyor mütailə etdiyi əsərin qəhrəmanını nə zamansa səhnədə canlandıracağına da ümüd edir. Aktyoru yaşadan elə bu ümudlərdi.
Bu ümüdlər olmasa aktyor ölə bilər...
Teatr səhnəsinin özünəməxsüs qoxusu aktiyorun udduğu hava, səhnənin tozu isə onun qidası olur. Ümuddən başqa, aktyoru yaşadan və şəxsi problemlərə dözümlülük yaradan səhnənin qoxusu və tozudur. Ən böyük mukafatı isə tamaşaçı alqışıdir.
Bu qoxu, bu toz və bu alqış kəçilsə aktyor ölə bilər...
Aktyorun ən böyük hədiyyəsi tamaşanın sonunda pərəstişkarı tərəfindən ona təqdim edilən gül dəstəsidir. Aktyor həmin gün dəstəsini əlində bərk-bərk tutaraq tamaşadan sonra evinə tələsir. Aktyor acdir... Ancaq bu aclığı hiss etmir... Əlindəki gülü hərdən elə qoxlayirki, ac qarnı doyur. Soyuq otağına daxil olaraq gül dəstəsini suya qoyub yatağına uzanır. Aktyor tənhadir... Ancaq masadakı gül dəstəsi onun tənhalığını unutdurur. Gözünü həmin güllərə tikən aktyor o güllərin fonunda özü üçün xöşbəxt bir gələcək xəyal edir. Elə həmin xəyallarla da yuxuya keçir aktyor. Aktyoru yaşadan həm də bu xəyallardı.
Bu xəyallar olmasa aktyor ölə bilər...
Aktyor öləndə onun pərstişkarları da ölür...
Aktyor öləndə onun heç zaman oynamadığı rollar da ölür...
Yuxarıda qeyd etdiyim fikirlər bu günlərdə canlı izlədiyim bir tamaşa zamanda beynimdən keçdi və bu gündə qələmə aldim. Həmin tamaşaya məni uşaqlıqdan teatr sənətini mənə sevdirən, doğulub boya-başa çatdirib şəhərimizdə Dövlət Dram teatrında bir-birindən gözəl rollar ifa edən və sonralar direktor kimi həmin teatrın inkişafında böyük xidmətlər göstərən, bu gün isə bir çox müasir kino və tamaşalarda yadda qalan obrazlar yaratmış, Azərbaycanın əməkdar artisti Nazir Rüstəmov dəvət etmişdi. Teatr Xadimləri İttifaqinin binasinda Nazir Rüstəmovun quruluş verdiyi və iştirak etdiyi "Aktyor əbədiyyətə qovuşanda" tamaşasinı izlədikdə aktyor sənətinin nə qədər əzablı olduğuna bir daha əmin oldum. Yüksək peşəkarlıqla hazırlanan tamaşanın cəmi iki ifaçısı var idi. Nazir Rüstəmov və Bahar xanim Həmzəyeva müəllifin nə demək istədiyini tamaşaçıya ustalıqla çatdirdilar.
Müəllif bu əsrdə demək istəyirki, aktyor oynamaq istədiyi tamaşada oynamayanda ölə bilər...
Mən bu əsərə tamaşa edərkən bir daha əmin oldumki, aktyorun ölməməsi həm də biz tamaşaçılardan da çox asılıdir. Axı aktyor bizlərdən çox şey istəmir. Bir alqış və bir də dövlət tərəfindən əməyinə vaxtinda qiymət istəyir aktyor... Gəlin, alqışlarımızı əsirgəməyək bi fədakar, zəhmətsevər peşə sahiblərindən. Onları, ölməyə qoymayaq.
Axı, aktyor öləndə onun pərəstişkarları da ölür...
Aktyor əbədiyyətə qovuşanda - Etibar Toğrul yazırAktyor əbədiyyətə qovuşanda - Etibar Toğrul yazırAktyor əbədiyyətə qovuşanda - Etibar Toğrul yazırAktyor əbədiyyətə qovuşanda - Etibar Toğrul yazırскачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-12-2018, 12:46
Oxunub:54


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti