yüklənir...
yüklənir...

Çempionların memarı

Hakim Hacıyev təkcə qızıl məşqçi yox, həm də qızıl insandır.
Azərbaycan idmanında çoxlarını tanıyıram. Ancaq onlardan yalnız bir qismini özümə ailəmin bir fərdi kimi əziz, yaxın bilirəm ki, belərindən biri də Azərbaycan kikboksinqində uğurları ilə fərqlənən gənclərdən ibarət yığma komandamızın baş məşqçisi, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin (DİN İC) məşqçi-müəllimi Əməkdar məşqçi Hakim Hacıyevdir. Onu nəinki kikboksinqdə, ölkə idmanında, demək olar, tanımayan yoxdur. Mənim isə Hakim müəllimlə tanışlığım təxminən dörd il əvvələ aiddir. Əməkdaşı olduğum “Olimpiya dünyası” qəzetinin müxbirlərindən birinin tövsiyəsi ilə yanında məşqlərə başladım. Çox keçmədi ki, “Goldən coach”(“Qızıl məşqçi”) ləqəbi ilə tanınan müəllimim özünün yüksək insani keyfiyyətləri ilə qəlbimdə taxt qurdu. Başa düşdüm ki, o, təkcə qızıl məşqçi yox, həm də qızıl insandır. Tələbələri ilə münasibəti, yeri gəldikcə onların gündəlik qayğıları ilə maraqlanması, probləmlərinə şərik çıxması, bir böyük kimi düz yol göstərməsi Hakim Hacıyevi fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Hakim müəllim müsahibələrinin birində deyib: “Bu dünyaya gəldim ki, biləyi qədər ürəyi də güclü gənclər yetişdirim”. O, bu şüarı özü üçün müqəddəs bir vəzifə seçib. Yetirmələrindən dəfələrlə dünya və Avropada öz sözlərini demiş Ramal Aslanov, Zöhrab Əzimov, Qənbər Əzimov, Elnur Həmidov və digər onlarca kikboksinqçi məhz belə vətənpərvər idmançılardandırlar.
Hakim Hacıyevdən bir neçə dəfə müsahibə almışam və həmin söhbətlərin hər birində onun yüksək vətəndaşlıq mövqeyinə heyran qalmışam. O, əsl vətəndaşdır. Belə deyirlər ki, bu dünyada hər kəsin bir vəzifəsi var. Mənə elə gəlir ki, Hakim müəllimin əsas vəzifəsi vətəndaşlıq nümunəsini ortaya qoymaqdır. Haqqında danışdığım məşqçi tələbələrini də hərbi-vətənpərvərlik ruhunda tərbiyə edir. Onların qələbələrin sirri də elə budur: hər dəfə rinqə çıxanda “vətən” deyərək irəli atılır, müqəddəs bayrağı, gerbi və himni düşünürlər.
Bu gün ömrünü idmana, idmanın inkişafına həsr edən Əməkdar məşqçi Hakim Hacıyev növbəti yaşını- qoşa “4”- nü qeyd edir. 44 yaşın işığında ona ən xoş arzularımı çatdırıram. Əziz Hakim müəllim, daim belə gümrah və sağlam qalın ki, vətənpərvər çempionlarımız daha çox olsun! Siz çempionların memarısınız!

Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi


скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-07-2019, 12:00
Oxunub:99


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti