yüklənir...
yüklənir...

Rəqiblərini “ağladan” güləşçilərimiz

Bakıda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı çərçivəsində güləş yarışı davam edir.
Vetenperverler.Az xəbər verir ki, Azərbaycan güləşçiləri yarışda uğurlu çıxışları ilə diqqət çəkirlər.

İyulun 21-də, ilk yarış günündə Murad Haqverdiyev (sərbəst güləş – 45 kq) və Fərid Sadıxlı (yunan-Roma – 45 kq) qızıl, Əbülfəz Nəsirov (sərbəst güləş – 55 kq) gümüş, Nihat Məmmədli (yunan-Roma – 55 kq) isə bürünc medala yiyələnib.

İkinci yarış günündə Qurban Qurbanov (yunan-Roma – 48 kq) və Həsrət Cəfərov (yunan-Roma – 60 kq) qızıl, Sabir Cəfərov (sərbəst güləş – 60 kq) gümüş, Mircavad Nəbiyev isə (sərbəst güləş – 48 kq) bürünc medal qazanıb.

Qadınlardan Gültəkin Şirinova (46 kq) və Mərziyə Sadıqova (61) gümüş medalla kifayətləniblər.

Bu gün isə 7 güləşçimiz EYOF-da mübarizəyə qoşulub.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-07-2019, 11:23
Oxunub:94


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti