yüklənir...
yüklənir...

Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı davam edir.
Vetenperverler.Az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.
Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində bürünc medala sahib olub.
Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-07-2019, 00:16
Oxunub:52


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti